Azərbaycan Premyer Liqasının iki təmsilçisi - "Qarabağ" və "Zirə" sınaq matçında üz-üzə gəliblər.
Fanat.Az xəbər verir ki, "Azərsun Arena"da baş tutan oyun qollu bərabərliklə başa çatıb.
Qarabağ - Zirə 1:1
Qollar: Kadi, 13 - Ruslan Abışov, 89-pen.
Qeyd edək ki, koronavirus pandemiyası üzündən Türkiyə hazırlığı təxirə salınan "Zirə" daha öncə "Sabah" (0:0) və "Qəbələ" (3:0) ilə yoxlama oyunlarına çıxmışdı.
Nihat