Rusiyanın Soçi şəhərində şahmat üzrə Dünya Kuboku davam edir.
Fanat.Az xəbər verir ki, bu gün dördüncü mərhələ çərçivəsində tay-brek görüşləri baş tutub.
Turnirdə mübarizəni davam etdirən yeganə təmsilçimiz Vasif Durarbəyli özbəkistanlı Nodirbek Abdusattorov ilə qarşılaşıb.
29 yaşlı qrossmeysterimiz ilk klassik partiyada qalib gəlsə də, cavab qarşılaşmasında məğlub olduğu Abdusattorovun müqavimətini sürətli şahmatda qırmağı bacarıb.
İlk iki görüşdə tərəflərin hərəsi bir qələbə ilə yadda qalıb. Növbəti iki qarşılaşma isə Durarbəylinin qələbəsi ilə yekunlaşıb.
Kişilər
1/16 final, tay-brek
Vasif Durarbəyli - Nodirbek Abdusattorov 0:1,1:0, 1:0, 1:0 (Özbəkistan) (klassik partiyalar: 1:0, 0:1)
Qeyd edək ki, mükafat fondu 1 milyon 892 500 ABŞ dolları olan Dünya Kubokuna 7 şahmatçımız (3 kişi, 4 qadın) qatılıb. Kişi şahmatçılarımızdan Nicat Abbasov və Şəhriyar Məmmədyarov 1/32-də məğlubiyyətlə üzləşiblər. Qadınların turnirindəki təmsilçilərimizdən Türkan Məmmədyarova ilə Ülviyyə Fətəliyeva ilk, Günay Məmmədzadə və Gülnar Məmmədova üçüncü mərhələdə(1/16 final) uduzaraq mübarizəni dayandırıblar.
Sahib Əsədbəyli