Bu gün Tokio 2020-nin cüdo yarışlarına start verilib. İlk gündə qadınların 48, kişilərin 60 kiloqram çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Fanat.Az xəbər verir ki, hər iki çəkidə Azərbaycan təmsilçisi mübarizə aparıb.
Aişə Qurbanlı(48) ilk görüşdəcə "vaza-ari" xalı ilə portuqaliyalı Katarina Koştaya uduzub.
Kişilərin mübarizəsindəki təmsilçimiz Kəramət Hüseynov(60 kq) ilk qarşılaşmada Eşli Makkenziyə "vaza-ari" ilə qalib gəlsə də, 1/8 finalda gürcüstanlı Luxumi Çkvimianiyə "ippon"la uduzub.
Cüdo yarışlarının reqlamentinə görə, yalnız 1/4 finaladək irəliləyən idmançılar "bürünc" şansını saxladığından, hər iki cüdoçumuzun Olimpiadanı medalsız başa vuracağı dəqiqləşib.
Qeyd edək ki, Tokio 2020-nin cüdo yarışları iyulun 31-dək davam edəcək. Azərbaycan komandası Olimpiya Oyunlarına 9 cüdoçu ilə qatılıb.
Sahib Əsədbəyli