Bu gün Tokio 2020-nin boks yarışlarına start verilib.
Fanat.Az xəbər verir ki, millimizin üç üzvü Yay Olimpiya Oyunlarında 1/16 final çərçivəsində ilk döyüşünü keçirib.
57 kq çəki dərəcəsində yer alan Tayfur Əliyev vyetnamlı rəqibi Duonq van Nquyenə 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Lorenzo Sotomayor(69 kq) gürcüstanlı Əsgərxan Madiyevlə görüşün ilk iki hissəsində məğlub olub. Son raundda təmsilçimiz zədələndiyindən rəqibə texniki qələbə verilib.
Günün son - 27-ci cütündə isə Məhəmməd Abdullayev(+91 kq) və Denis Latıpov(Bəhreyn) münasibətlərinə aydınlıq gətiriblər. Döyüş Abdullayevin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Boksçumuz növbəti mərhələdə dünya və üçqat Asiya çempionu Bahodir Calolov ilə üz-üzə gələcək.
Qeyd edək ki, Tokio 2020-nin boks yarışları avqustun 8-də başa çatacaq. Ölkəmiz Olimpiadaya 5 nəfərlə(hamısı kişilər) qatılıb.
Sahib Əsədbəyli