İdman gimnastımız İvan Tixonov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparıb.
Fanat.az xəbər verir ki, 25 yaşlı gimnastımız fərdi hərəkətlərdə ən yaxşı halda 20-ci nəticə göstərib. Çoxnövçülükdə isə 45-ci olub.
Beləliklə, Tixonov Olimpiadanın final mərhələsinə vəsiqə qazana bilməyib.
Qeyd edək ki, sabah Tokio 2020-də qadın idman gimnastlarının yarışı baş tutacaq. Ölkəmiz burada Marina Nekrasova ilə təmsil olunacaq.