Tokio 2020-nin ilk günündə kişilər arasında 10 metr məsafəyə hava tapançasından atəş açma üzrə yarış start götürüb.
Fanat.az xəbər verir ki, Bakı vaxtilə 08:00-da başlayan təsnifat mərhələsində təmsilçimiz Ruslan Lunyov da mübarizə aparıb.
İlk "8-liy"in finala vəsiqə qazandığı mübarizədə güllə atıcımız 574 xalla 36 iştirakçı arasında 20- ci olub.
Qeyd edək ki, Lunyov avqustun 1-də 25 metr məsafəyə sürətli atəş açma yarışında da qüvvəsini sınayacaq.
Sahib