17:25 24.07.2021 821

Məhəmməd Abdullayevdən qələbə şərhi

"İlk döyüş həmişə ağır olur. Çünki öyrəşməmişik ab-havaya, ringə, əlcəyə. Amma şükürlər olsun ki, qalib gəldim". 

Fanat.Az xəbər verir ki, bu sözləri Tokio-2020-də ilk döyüşündə qələbə qazanan boksçumuz Məhəmməd Abdullayev deyib. 

Bəhreyn idmançısı Denis Latıpova qalib gələn idmançımız 1/8 finalda özbəkistanlı Baxodir Calolov ilə qarşılaşacaq. +91 kq çəki dərəcəsində mübarizə aparan Abdullayev növbəti mərhələdəki rəqibi barədə də danışıb: "Calolov yarışın ən güclüsüdür. O, dünya çempionudur. İyulun 29-da onunla qarşılaşacağam. Əsas rəqibim Calalov idi, ikinci dueldən qarşıma çıxdı". 

Məhəmməd Abdullayev 1/16 final mübarizəni dayandıran digər boksçularımızın da çıxışına toxunub: "Komanda yoldaşlarımın uduzması xoş olmadı. Onların da qələbə qazanmasını, medal şansını davam etdirməsini istərdim. Bu baxımdan bir az pis oldum. Bura əziyyət çəkib gəlmişik, çətin yollardan keçmişik. İnşallah, buradan medalsız qayıtmayacağıq".
 
Qeyd edək ki, 57 kq çəki dərəcəsində yer alan Tayfur Əliyev vyetnamlı rəqibi Duonq van Nquyenə 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Lorenzo Sotomayor(69 kq) gürcüstanlı Əsgərxan Madiyevlə görüşün ilk iki hissəsində məğlub olub. Son raundda təmsilçimiz zədələndiyindən rəqibə texniki qələbə verilib.
 
Xatırladaq ki, yığmamız Olimpiadaya 5 boksçu ilə qatılıb. Bu növ üzrə yarışlar avqustun 8-də bitəcək. Döyüşlər "Ryoqoku Kokuqikan” İdman Sarayında keçirilir.
 
Röya
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

Facebookdan bizi izləməyi unutmayın.
X