ABŞ-ın Olimpiya komandası 1972-ci ildə Almaniyada keçirilən Münhen Olimpiadasından bəri ilk dəfədir ki, Yay Olimpiya Oyunlarının ilk günündə mükafat qazana bilmir.
Fanat.Az xəbər verir ki, ABŞ hazırda davam edən Tokio 2020-nin ilk günündə 11 mükafat uğrunda gedən mübarizədə 5 idman növü üzrə təmsil olunub.
Sözügedən ölkənin təmsilçilərindən heç biri mükafatçılar sırasına düşə bilməyib.
Amerikalılar qadınların yarışında 10 metr məsafədən pnevmatik tüfəng atəşi, qadın ağırlıqqaldırma (49 kq-a qədər), kişilər arasında 10 metr məsafədən pnevmatik tapança ilə atəş, qarışıq oxatma və magistral veloyürüşlərdə yarışıblar. İlk yarış günündə ABŞ-ın ən yüksək nəticələrini iki idmançı - Meri Taker (Mary Tucker) atıcılıqda və Brendon Maknalti (Brandon McNulty) veloyürüşdə göstəriblər. Hər iki idmançı 6-cı yerlə kifayətlənib.
Emin Şəmsiyev