Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsində təmsilçimiz "Araz”ın rəqiblərindən olan Cəbəllütariq "Europa”sı heyətini iki yeni oyunçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, ÇL-dəki ilk rəqibimiz "South United”dən 23 yaşlı Jaydan Parodini, "Roque”dən isə Jorge Junco Díazı sıralarına qatıb.
Qeyd edək ki, "Araz” ÇL-də ilk oyununu avqustun 21-də keçirəcək. Cəbəllütariq çempionu ilə oyun Latviyanın Salaspils şəhərindəki idman kompleksində baş tutacaq və Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Mirağa