Milli Paralimpiya komandası Tokio 2020 Yay Paralimpiya Oyunlarına 36-cı lisenziyanı əldə edib.
Fanat.Az xəbər verir ki, atletika idman növü üzrə milli komandanın üzvü Orxan Qasımov reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək ölkəmizə növbəti lisenziyanı qazandırıb.
Bu günə qədər Azərbaycan idmançıları Tokio 2020 Yay Paralimpiya Oyunlarına 12-i atletika, 11-i cüdo, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı olmaqla artıq 36 lisenziya əldə ediblər və bu rekord göstəricidir.
Qeyd edək ki, 30 iyul tarixinə qədər Milli Paralimpiya komandasının lisenziya gözləntiləri var və onlar tədricən elan ediləcəklər.