Tokio 2020-də daha 21 dəst medal sahibini tapıb.
Fanat.Az xəbər verir ki, hesabına 3-ü "qızıl" olmaqla daha 7 mükafat əlavə edən Yaponiya liderliyi ələ alıb. Ev sahiblərinin aktivində 8 qızıl, 2 gümüş, 3 bürünc medal var.
ABŞ komandası ikinci yerə yüksəlib - 7 qızıl, 3 gümüş, 4 bürünc.
Günü "qızıl"sız başa vuran Çin iki pillə geriləyib. Asiyalılar bu günədək 6 "qızıl", 5 "gümüş", 7 "bürünc"ə sahib olublar.
Ümumilikdə 51 ölkənin təmsilçiləri fərqlənib. Baş mükafat qazanan Olimpiya komandalarının sayı 23-ə yüksəlib.
Qeyd edək ki, 3 günün yekununda Azərbaycanın medalı yoxdur. Bu gün ərzində 5 olimpiyaçının hesabımızı açmaq imkanı olsa da, təmsilçilərimizin hamısı çıxışlarını əliboş başa vurub. Hələlik ən yaxşı nəticəyə cüdoçu Rüstəm Orucov imza atıb (5-ci yer).
Sahib Əsədbəyli