Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Fanat.Az xəbər verir ki, bu gün ilk üç cavab görüşü keçirilib.
Albaniya "Teuta”sı səfərdə Andorranın "İnter Eskaldes” klubunu darmadağın edərək növbəti mərhələyə yüksəlib. "Torshavn” qonaq qismində "Buduçnost”u yenibsə, Malta "Hibernians”ı öz meydanında "Folqore”ni məğlubiyyətə uğradıb.
Mərhələnin digər oyunları sabah - iyulun 29-da keçiriləcək.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunları
27 iyul
İnter Eskaldes (Andorra) – Teuta (Albaniya) 0:3
(ilk oyun - 2:0)
Buduçnost (Monteneqro) – Torshavn (Farer adaları) 0:2
(ilk oyun - 0:4)
Hibernians (Malta) – Folqore (San Marino) 4:2
(ilk oyun - 3:1)