Fanat.Az "Tarixdə bu gün" rubrikası çərçivəsində 27 iyul tarixində dünyaya göz açan idmançıların siyahısını təqdim edir:
Marek Hamşik (Marek Hamsik)
1987-ci ilin 27 iyul tarixində slovakiyalı futbolçu Marek Hamşik dünyaya gəlib. Hücumameyilli yarımmüdafiəçi karyerası ərzində iki dəfə İtaliya Kubokunun (2012, 2014), İtaliya Super Kubokunun qalibi (2014) olub və vətənində 5 dəfə ilin futbolçusu (2009, 2010, 2013, 2014, 2015) seçilib.
Xose Luiz Çilavert (Jose Luis Chilavert)
1965-ci ilin bu günü Libertadores kubokunun qalibi (1994), qitələrarası kubokun qalibi (1994), Libertadores Super Kubokunun qalibi (1996), Paraqvay çempionu (1984), 4 qat Argentina çempionu (1993, 1995, 1996, 1998), Uruqvay çempionu (2003), Fransa kubokunun qalibi (2001), Cənubi Amerika və Argentinada ilin futbolçusu (1996), IFFIS-ə görə dünyanın 3 qat ən yaxşı qapıçısı (1995, 1997, 1998) paraqvaylı qolkiper Xose Luis Çilavert dünyaya gəlib.
Çilavert həm də tarixə het-trik edən yeganə qapıçı kimi düşüb. Milli komandasının heyətində 8 qol vurub.
Marselo Byelsa (Marcelo Bielsa)
1955-ci il iyulun 27-si argentinalı futbol mütəxəssisi Marselo Byelsa dünyaya gəlib. O, məşqçi kimi - Olimpiya çempionu (2004), Amerika Kubokunun gümüş mükafatçısı (2004), Avropa Liqasının ikincisi (2012), 3 qat Argentina çempionu (1991, 1992, 1998), Libertadores Kubokunun finalçısı (1992), İspaniya kubokunun ikincisi (2012), IFFIIS-ə görə İlin baş məşqçisi (2001), Argentinada ilin ən yaxşı məşqçisi (1998) titullarına və fəxri adlarına yiyələnib.
Hazırda İngiltərənin "Lids" klubunu çalışdırır.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol