16:28 27.07.2021 874

Federasiya rəsmisi: \"Tokioda baş verənlər araşdırılacaq\"

Tokio 2020-yə lisenziya qazanan hər iki taekvondoçumuz dünən baş tutan yarışların erkən mərhələlərində məğlubiyyətə düçar olaraq yekunda əliboş qaldılar. Xüsusən, kişilərin mübarizəsindəki təmsilçimiz Milad Beiqi Harçeqaninin uğursuz çıxışı hamı üçün gözlənilməz oldu. Son iki dünya çempionatının qalibi olan millimizin İran əsilli üzvünə böyük ümidlər bəslənirdi. Hətta bir çox idman mütəxəssisləri 30 yaşlı taekvondoçunu 44 nəfərlik Olimpiya komandamızın heyətində "qızıl"a əsas namizəd kimi görürdü.

Uğursuz çıxışa nə səbəb oldu? "Quru" nəticə ilə bağlı hansı addımlar atılacaq?

Bu suallarla Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevə müraciət etdik.

Miladın məğlub olduğu qarşılaşmadan sonra reaksiyasına diqqət çəkən qurum rəsmisi, yaxın zamanda ATF-də hesabat xarakterli toplantının keçiriləcəyini bildirdi: "İdmandı, insan udar da, uduzar da. Olimpiya, dünya çempionu da məğlubiyyətdən sığortalanmayıb. Ancaq Miladın o şəkildə döyüşüb yenilməsi, üstəlik, bunu heç nə olmamış kimi rahatlıqla qəbul etməsi onun nüfuzuna yaraşmadı. Doğrudur, ilk görüşdə zədəsi özünü büruzə verdi, amma bu, ona elə bir problem yaratmamalı idi. Reytinq sisteminə əsasən, bizdə kimin kimlə düşəcəyi əvvəlcədən məlum olduğu üçün yarış ərəfəsi müəyyən fikirlər söyləmək imkanımız var idi. Miladdan ən azından final gözləyirdik. Düşünürdük ki, həlledici mərhələdə Rusiya idmançısı Maksim Xramtsovla görüşəcək, imkanları bərabər səviyyədə qiymətləndirilən qarşılaşmada  psixoloji üstünlük kimin tərəfində olacaqsa, o da qalib gələcək. Fəridənin isə minimum ilk mərhələni keçəcəyini, 1/4-də Türkiyə təmsilçisi Nur Tatarla çətinlik çəkəcəyini düşünürdük. Lakin heç nə gözlədiyimiz kimi getmədi. Komandamız Rioda tarixi nəticə qazanmışdı, bu, bizim məsuliyyətimizi artırırdı. hamının təəssüfünü anlayırıq. Yaxın zamanda federasiyamızda toplantı keçiriləcək. Tokioda baş verənlər araşdırılacaq və hesabat veriləcək". 

Keçmiş dünya çempionu yarışa hazırlığın 1 qızıl, 2 bürünc medalla əlamətdar olan Rio 2016-ya hazırlıq səviyyəsində keçmədiyini qeyd etdi: "Hazırlıq əvvəlki Rio 2016 Olimpiadası səviyyəsində deyildi. Bu da federasiyada maliyyə problemləri ilə yox, pandemiyanın səbəb olduğu məhdudiyyətlərlə bağlıdır. Bizim federasiyada heç vaxt maliyyə sıxıntıları yaşanmayıb. Sadəcə, İdmançılar bir ildən çox normal məşq keçə bilməmişdilər. Digər növlərdən fərqli olaraq, əvvəlki bir neçə ay ərzində bizdə yarışlar da olmadı. Türkiyə və Özbəkistandan birgə təlim-məşq toplanışları ilə bağlı təkliflər olub, ancaq bizim məşqçilər heyəti bunu qəbul etməyib".
 
Sahib Əsədbəyli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

20:34

Dümfrisdən ilk skudettosu ilə bağlı emosional açıqlama

19:35

David De Xeanın yeni klubu bilindi - İspaniyada oynayacaq

18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

18:20

"Barselona" ilə "Bayern"in xəyalı suya düşdü

18:03

"Azərreyl" Azərbaycan çempionu oldu

17:51

Modriç gedir, yoxsa qalır?

17:34

"Bu işlə 65 yaşımda da vidalaşmaq planım yoxdur" - Joze Mourinyu

17:11

Qadınlardan ibarət Azərbaycan yığması Belarusdakı turnirə qatılacaq

16:53

Futzal üzrə Azərbaycan Kuboku: Yarımfinal matçlarının təyinatları bilindi

16:37

Xavinin taleyi həll olunur - Laporte, Yuste və Deku bir araya gələcək

16:19

İnzagi Mourinyunu geridə qoydu

16:01

AFFA-dan maaşların azaldılması və liqanın ləğvi xəbərlərinə REAKSİYA

15:42

A Seriyasında maraqlı tendensiya: 6-da 6

15:24

Tuxel İspaniya nəhənginin təklifini geri çevirdi - Bu kluba gedəcək

15:05

"Milan" rəhbərliyi Pioli barədə son qərarını verdi

14:47

Bakıda UEFA-nın məşqçilik kursu başladı

14:30

Legioner rüsumu 50 min manat olsa...

14:11

“Prezident Kuboku”: Azərbaycana 20-dən çox ölkənin idmançısı gəlir

13:56

"İnter"ə çempionluq gətirən qələbə - VİDEO

13:49

AÇ-2024: Baş hakimlərin adları açıqlandı - Siyahıda türk də var

13:38

"Biz skudettonu hələ martda qazanmışdıq" - Simone İnzagi

13:20

Xavi tarixi antirekordu təkrarladı

12:19

Azərbaycan çempionatında ilk finalçı bilindi

12:00

"Zirə" Qəbələdə kimləri oynada bilməyəcək? - ADLAR

11:36

"Qəbələ"ni məğlub edən komanda UEFA Gənclər Liqasının qalibi oldu

11:15

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə

10:54

Tyaqo Silva "Çelsi"dən ayrılmağı qətiləşdirdi - Yeni klubu da məlumdu 

10:35

U-17 Belarusla üz-üzə

10:14

"Bayer"in rəsmisi Virtsin qiyməti haqqında: "Səhv etmişəm" 

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:28

Azərbaycanlıların duelini Diniyev qazandı

09:05

Almaniya nəhənginin yeni transfer hədəfi bilindi

01:30

"Sevilya" turu 3 xalla başa vurdu

00:23

"İnter" çempionluğunu derbidə rəsmiləşdirdi!

00:11

"Fənərbağça" büdrədi

22 Aprel 2024
22:46

AÇ: Azərbaycanın 3 boksçusundan qələbə

20:07

"Azərreyl" dramatik qələbə ilə çempion oldu

18:46

A Seriyası təmsilçisi Kannavaroya tapşırıldı

17:55

"Əvvəllər burada qələbə qazanıb-qazanmadığımızı xatırlamıram" - Yürgen Klopp

Facebookdan bizi izləməyi unutmayın.
X