09:00 28.07.2021 687

“Neftçi”nin şansı 50-50-yədir” - Novruz Əzimov

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ölkə çempionu "Neftçi" Yunanıstan "Olimpiakos"unu qonaq edəcək.

Azərbaycanın tanınmış futbol mütəxəssisi Novruz Əzimov Fanat.Az-a açıqlamasında "Neftçi"nin bu görüşdəki şanslarını dəyərləndirib.

"Neftçi” hələ səfərdəki oyunda yunanlarla başabaş mübarizə aparmışdı. Halbuki, çoxları "Olimpiakos”un bizimkiləri bir neçə qolla məğlub edəcəyini proqnozlaşdırırdı. Ancaq bu, baş vermədi. Əksinə, bizim də qol imkanlarımız var idi, yararlana bilmədik. İlk oyunda heç-heçə ola bilərdi.

"Neftçi”nin mərhələ keçmək şansı var. Ancaq "buna nə mane ola bilər” sualına cavab axtarırıqsa, ilk növbədə itkiləri qeyd etməliyik. Namiq Ələsgərovun yoxluğu ciddi itkidir. Arzu edək ki, tez sağalıb sıraya dönəcək. Mərt Çelik də gənc olmasına baxmayaraq, pis təsir bağışlamırdı. Məşqçi əvvəlki oyunlarda ona güvənmişdi. O da cəza səbəbindən cavab görüşündə oynamayacaq. Namiqin yoxluğunda hücumda Mirabdulla Abbasov yararlı ola bilər. O, pis hücumçu deyil. Vuran ayağı da var, iki-üç il əvvəl "Neftçi”də qolları sıralayırdı. Sadəcə, hələlik alınmır. Oynamalıdır ki, ayağı açılsın, özünəinamı qayıtsın. Bundan başqa, yeni transferlər də artıq bir neçə gündü düşərgədədirlər, məncə, artıq uyğunlaşıblar.

Şübhəsiz, baş məşqçi cavab görüşü üçün taktikanı müəyyənləşdirib, necə oynayacaqlarını bilir. Məşqçinin işinə qarışmaq kimi olmasın, məncə, ilk oyundakı dəst-xətti Bakıda da davam etdirməliyik. Soyuqqanlı olmaq və oyuna nəzarət etmək lazımdır.

Faizlə dəyərləndirsəm, şanslar 50- 50-yədi. Hətta "Neftçi”ni azacıq üstün saya bilərik. Çünki evdə oynayacaq, azarkeşlərin dəstəyi olacaq.

Qeyd edək ki, oyun saat 21:00-da "Bakcell Arena”da keçiriləcək. İlk görüşdə "Olimpiakos” 1:0 hesabı ilə qalib gəlib.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X