17:14 27.07.2021 347

Tokio "qatar"ı bizi hara aparır? - SORĞU

Azərbaycan komandası 32-ci Yay Olimpiya Oyunlarında 4 yarış gününü arxada qoyub. Bu müddət ərzində mübarizəyə qoşulan 21 idmançımızdan 17-si çıxışını başa vursa da, hesabımızda hələ medal yoxdur. Xüsusən iyulun 26-da yarışan təmsilçilərimizə böyük ümidlər bəslənirdi ki, daha konkret desək, cüdoçu Rüstəm Orucov və taekvondoçu Milad Beiqi Harçeqaninin sonda əliboş qalmağı əsl həyəcan siqnalı oldu. 

Bu "qatar" bizi hara aparır? Olimpiadanın yekununda nəyə ümid edə bilərik?

Fanat.az idman mediasının nümayəndələrinə müraciət edib.
 


Kənan Məstəliyev (Rekord.az saytının baş redaktoru): "Məni ən çox təəccübləndirən Milad Beiqi Harçeqaninin çıxışı oldu. Ondan ən azı bürünc medal gözləyirdim. Buna onun gücü də, potensialı da vardı. Pis də başlamamışdı, amma sonda nəticə uğursuz oldu. Rüstəm Orucovun yenilgisinə üzüldüm, o da medal qazana bilərdi. Başqalarının məğlubiyyətlərini isə qeyri-adi qarşılamadım. Biz üzgüçülükdə, ya atıcılıqda, ya idman gimnastikasında medal götürəcək durumda deyilik. Bizim üçün bir neçə idman növü var ki, daim ümidimiz onlara olub, indi də elədir. Ümumi tablo isə çox qaranlıqdır. Gedişat elədir ki, adam qızıl bir yana qalsın, istənilən əyarlı medal proqnozu verməyə belə çəkinir. Azərbaycan 10 medal da qazana bilər, heç bir dənəsini də qazanmaya da. Səbəblər haqda da birmənalı fikir yürütmək olmur. Mənim fikrimcə, məsələ ölkədə idmana münasibətdədir. Azərbaycanda vaxtilə birinci - ön planda olan idman, hazırda nəinki ikinci, üçüncü, heç iyirminci planda belə deyil. Diqqət başqa yerə yönəldilib, həllini gözləyən daha vacib problemlər var, ən azından "yuxarılar" belə düşünür. Yoxsa, mərhum Azad Rəhimovun vəfatından 3 aya yaxın vaxt keçməsinə baxmayaraq, onun postuna kimsə təyin olunardı. Ölkədə idman strukturu çürüyüb, sovetin qalıqları özünü hələ də göstərir, ağrı verir. Uşaq idmanı yoxdur, təhsil idmana, idman təhsilə inteqrasiya edilməyib, infrastruktur bərbad vəziyyətdədir. Çox danışmaq olar. Olimpiada bir ölkənin idmana münasibətinin güzgüsüdür. Dünyada hamı qapalı məkanlarda məşqlər etdiyi vaxtda biz ümidlərimiz olan xeyli sayda idmançını, atleti evdə saxladıq, zəifləməyinə səbəb olduq, yalnız iki ay əvvəl "yola gəldik". Bununla isə heç nəyə nail olmaq olmazdı. Bizə idman lazım olsaydı, o zallar çoxdan açılmışdı".
 


Natiq Nəsirov (Estafet.az saytının redaktoru): "Təmsilçilərimizin Tokioda mübarizəyə qatıldığı ilk 4 günün nəticələrinə baxdıqda təbii ki, bərbad çıxışın şahidi oluruq. Taekvondoçularımızın medal qazana bilməyəcəyini bildirmişdim və bunu əsaslandırmışdım. Həmçinin bir sıra digər "əsas iştirakdır” prinsipi ilə təmsil olunduğumuz növlər. Boksda Sotomayoru çoxdan Azərbaycandan qovmaq lazım idi. Demək olar ki, Riodan sonra heç bir uğurlu və yaddaqalan startı olmayıb. Əksinə cəmiyyəti qıcıqlandıran hərəkətləri ilə gündəmə gəlib. Tayfur bacardığını etdi. Cavidlə Məhəmmədin isə 1/4-ə adlamaları Olimpiya yığmamız adına ən böyük sürpriz olardı.   
 
Məni daha çox narahat edən isə, əsas ümid bəslədiyim cüdo idman növündə potensial medal gözlədiyim idmançılarımızın uğursuz çıxışı oldu. Düzdü, burda püşk haqda, əsas rəqiblərlə heç olmasa 1/4 və 1/2 finalda qarşılaşsaydılar, başqa cür olardı və s. fikirlərini bildirmək olar. Ancaq bunlar belə uğursuz çıxışa haqq qazandıra bilməz. Daha çox isə Kəramət Hüseynovun gürcü rəqibi ilə cəsarətsiz güləşini hələ də qəbul edə bilmirəm. Gürcünün dünya və Avropa çempionu adı qarşısında Kəramət "mandraj”a qalib gələ bilmədi. Halbuki ona izah etmək olardı ki, gürcü bu titulları 2019-da qazanıb, sən isə son dünya və Avropa çempionatının mükafatçısısan. Bütün bunlar vacib bir məsələnin bir daha qabardılmasına gətirib çıxarır. Yığmalarımızda, klublarımızda peşəkar psixoloqların işləməsi! Bir sıra mətbuat konfranslarında bunu xüsusi vurğulasam da, cüzi də olsa reaksiya görməmişəm. Bunun nəticəsidir ki, Rüstəm Orucov hələ də yapon sindromundan çıxmayıb və görünən odur ki, çıxmayacaq da. Səmimi təəssüf etdiyim isə Anna Baştanın uğurlu start götürüb daha sonra ABŞ təmsilçisinə 13:15 hesablı məğlubiyyəti oldu. Annanın sürpriz etməsini çox istəyirdim. 
 
Qarşıdakı günlərdə qalan idmançılarımızdan nə gözləmək olar? Açığı, adlara baxdıqda hər birinin medal qazana biləcək səviyyədə olduğunu demək və ümid etmək olar – istər karatedə, istər güləşin hər 3 növündə, istər cüdoda. Xüsusilə yunan-Roma güləşində İslam və Rafiq, qadın güləşində Mariya, sərbəst güləşdə Hacı və Hacımurad, karatedə İrina və Rafael, cüdoda Məmmədəli, Zelim, İrina əvvəldən yığmamızda medal ümidlərindən olub. Ancaq ötən 4 gündə yaşadığımız fiasko bir çox insanda hətta medalsız qalacağımız düşüncəsini belə formalaşdırmağa başlayıb. Yenə də ümid sonda ölür. İnanaq ki, yığmamız bizi medallarla sevindirəcək".
 

 
Sənan Abdullayev (Xəzər TV-nin İdman redaktoru): "Düzü, indiki durum London Olimpiadasını xatırlatsa da, vəziyyət hazırda daha ciddidir. O zaman ölkədə inkişaf etmiş idman növlərinin təmsilçiləri sona yaxın çıxış edəcəkdilər deyə, rahat idik. Amma indi taekvondo bitib, cüdo demək olar sıradan çıxıb. Mən Milad Beiqi Harçeqaninin xarakterinə güvənərək medalsız qalmayacağını düşünürdüm. Amma bəlkə də bir azərbaycanlı olaraq məni ən çox əsəbiləşdirən idmançı oldu. Bir də Lorenzo Sotomayoru qeyd edə bilərəm. Məsələ məğlubiyyətdə deyil. Mənim bayrağım altında döyüşən heç kim, xüsusilə də bu legionerdisə, meydanda gəzməyə çıxırmış kimi, məğlubiyyət sanki vecinə deyilmiş kimi davrana bilməz. Onu ölkəsinə qovmaq lazımdır. Ən böyük üzüntüm təbii ki, cüdoçularla bağlıdır. Bu komandada əvvəldən iki ümidim var idi. Biri Rüstəm Orucov, digəri İrina Kindzerska. Rüstəmin bürünc qazanacağını demişdim. Çünki püşkdən azdan-çoxdan başımız çıxır. Ono ilə erkən qarşılaşma qaçılmaz idi. Orucov isə Onoya tatamiyə çıxmamış artıq uduzur. O birilər haqda ümumiyyətlə danışmağa dəyməz. Sadəcə federasiyaların varlığı üçün getdiklərini anlamağa çox vaxt lazım olmadı. 

Məncə karate və güləşin sayəsində vəziyyətdən çıxacağıq. Amma qızıl olacağına ümidim qalmayıb. Bəlkə Hacı Əliyev mümkünsüzü bacara. Çünki çəkisi çox çətindir.

Ümumi səbəbə gəlincə, pandemiya sadəcə problemin 30 faizidir. Səbəb idarəçilikdir. Əvvəllər pul idarəçiliyin dayağı idi. İndi o dayağı götürüblər. Yükün altına çiyin qoymaq lazımdır. O çiyinlər o qədər rahata öyrəşib ki, əziyyət düşən kimi yiyəsi canını götürüb qaçıb. Bundan sonra nə olur-olsun Azərbaycan idmanında idarəçilik inqilabı edilməlidir".
 
Sahib Əsədbəyli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 Sentyabr 2021
21:07

"Zirə" - "Sabah" oyununda "sülh", "Qəbələ"dən darmadağın

21:03

"Qəbələ"dən "qol yağışı" - VİDEO

20:12

Türkiyə Superliqası: "Beşiktaş" səfərdə

20:08

La Liqa: "Atletiko Madrid" xal itirdi

20:07

A Seriyası: "İnter" "Bolonya"nı qəbul edir

20:05

Almaniya Bundesliqası: "Bayern Münhen"dən 7 qollu qələbə

20:00

İPL: "Liverpul"dan qələbə, "Mançester Siti"dən heç-heçə

19:56

Aftandil Hacıyevdən "0:5"ə şərh: "Belə məğlubiyyətlər gözləniləndir"

19:39

“Qəbələ”nin potensialı bu deyil" - Elmar Baxşıyev

19:30

AÇ: Dilarə Qurbanova finala yüksələ bilmədi

16:40

Krivotsyukun komandasından qələbə

16:18

“Neftçi” – “Keşlə” oyununa hakim təyinatı

16:08

"Neftçi"yə keçdiyim üçün xoşbəxtəm" - MÜSAHİBƏ

15:13

"Araz-Naxçıvan"dan qələbə

15:01

"Ronaldu at peyini yesə, mən də..."

14:36

Ronaldu Kavaninin gedişinə səbəb ola bilər

14:08

"Vüqar Həşimov" Avropa Kubokunda mübarizəyə başlayır

13:33

"Barselona"da üzlər gülür: Ansu Fatidən şad xəbər

13:00

Transfer şayələri: "Şerif"in futbolçularına "elçi"lər var

12:43

"Milan" müdafiəçisi ilə danışıqlara başladı

12:26

"Qəbələ"nin avrokubok oyununda ukraynalı hakimlər

12:04

Qoyunlar Ronaldunun başına bəla oldu: 14 milyonluq villadan köçdü - FOTOLAR

11:54

"Qəbələ" - "Səbail": 18-ci duel

11:36

Günün oyunları bu kanallarda - AFİŞA

11:19

"Bursaspor"un baş məşqçisindən Namikə mesaj

10:54

"Yuventus" "Real Madrid"in futbolçusuna "elçi" düşüb

10:04

Fransa Liqasında VI tur davam edir

09:55

İdmançımız Avropada 9-cu oldu

09:33

Messinin PSJ-dəki maaşı açıqlandı - MƏBLƏĞ

09:03

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumunu nokauta saldı - VİDEO

17 Sentyabr 2021
17:51

Tyeri Anri: "Tottenhem"i tanımıram"

16:50

Dünya çempionatına 9 cüdoçu ilə

16:28

"Qarabağ"dan Xayme açıqlaması: "Əməliyyat qaçılmazdır"

16:25

"Tottenhem"in futbolçusundan etiraf: "Mançester Yunayted" azarkeşi olmuşam"

15:48

AFFA İntizam Komitəsinin sədri: "Təhqirlər təkrarlansa, klublar cərimələnəcək"

15:32

"Nike" AFFA-ya top verdi

15:16

Cavid Hüseynov karyerasını bitirir: Klub yaratdı

14:57

Azərbaycanlı dünya çempionuna hökm oxundu

14:44

UEFA “Qarabağ”a 3 milyon avro ödədi

14:29

Məşhur cüdoçularımıza yeni titullu rəqib

Facebookdan bizi izləməyi unutmayın.