Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Tokio 2020-də ilk görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, L qrupunda yer alan 23 yaşlı İndoneziya əsilli idmançı vyetnamlı Tyen Min Nquyen ilə üz-üzə gəlib.
İlk hissədə 21:14 üstün olan Dviçayo, 38 yaşlı dünya və Asiya mükafatçısının müqavimətini ikinci hissədə də qırıb - 21:18.
Beləliklə, təmsilçimiz 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlmək şansını artırıb.
Qeyd edək ki, Azərbaycanın Olimpiadalar tarixində ilk badmintonçu olan Dviçayonun qrupdakı son görüşü danimarkalı Anders Antonsenə qarşı olacaq. Minsk 2019 II Avropa Oyunlarının qalibi ilə qarşılaşma iyulun 29-da baş tutacaq. Qrup lideri növbəti mərhələyə yüksələcək.