Argentina Futbol Assosiasiyasının prezidenti Kladio Tapiya (Claudio Tapia) ölkədaxili bütün turnirlərə hakim təyinatının püşkatma yolu ilə həyata keçirilməsinə göstəriş verib.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, püşkatma gələn həftə çərşənbə axşamı AFA-nın inzibati binasında keçiriləcək.
Hakimlər hər oyun üçün şarları özləri çəkəcək. Püşkatma mərasimi birbaşa assosiasiyanın "Facebook” və "Instagram” hesablarından yayımlanacaq. Koronavirus pandemiyası ilə bağlı qoyulan məhdudiyyətlər götürüldükdə, püşkatmada akkreditə olunmuş jurnalistlər iştirak edə biləcəklər.
Qeyd edək ki, bir müddət əvvəl Rusiyada da bənzər təcrübədən istifadə edilmişdi. Bu tədbirlər mütəmadi olaraq, Lujnikidəki stadionun mətbuat mərkəzində keçirilirdi. Ancaq çox çəkmədi ki, ruslar bu praktikadan imtina etdi.
Mirağa