Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində İsraildə "Aşdod"la üz-üzə gələcək (ilk oyun - 1:1) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun keçirəcəyi mətbuat konfransının başlama vaxtı bilinib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, ağdamlıların çalışdırıcısı sabah - iyulun 28 Aşdoddakı "Jabotinski" stadionunda media önünə çıxacaq.
Mütəxəssis Bakı vaxtı ilə 20:45-də jurnalistlərin suallarını cavablandıracaq. Yarım saatlıq mətbuat konfarnsından sonra Ağdam təmsilçisi sözügedən məkanda məşq edəcək.
Qeyd edək ki, "Aşdod" - "Qarabağ" görüşünün start fiti iyulun 29-da, Bakı vaxtı ilə 21:00-da səsləndiriləcək.
Nihat