Milan "İnter"inin hücumçusu Lautaro Martines karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, onun xidmətində London "Arsenal"ı maraqlıdır.
"The Telegraph" İngiltərə klubunun "İnter"ə rəsmi təklif göndərdiyi barədə informasiya yayıb.
Martines 2018-ci ildən "İnter"dədir. Son mövsümdə A Seriyasının qalibi olan argentinalı bütün turnirlər daxil olmaqla, milanlıların formasıyla 47 oyuna çıxıb. Bu görüşlərdə 18 qol vuran cənubi amerikalı 10 məhsuldar ötürmə ilə də yadda qalıb.
Nihat