İngiltərənin "Vulherhempton" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını növbəti dəfə Portuqaliyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Jornaldocentro" nəşri məlumat yayıb.
Xəbərə görə, "Tondela" 22 yaşlı hücumçunu icarəyə götürmək istəyir.
Qeyd edək ki, Renat Dadaşovun "Vulherhempton"la müqaviləsinin müddəti 2023-cü ildə başa çatmalıdır. O, 2019-cu ildə icarə əsasında Portuqaliyanın "Pasuş de Ferreyra" klubunda çıxış edib. "Tondela" ölkənin əsas çempionatında mübarizə aparır.
Mənbə: Report.az