"Kəpəz” daha bir futbolçu ilə anlaşıb.
Fanat.Az xəbər verir ki, Gəncə klubu Vüqar Həsənovun nun keçidini həll edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ötən mövsüm "Neftçi-2"də oynamış müdafiəçi ilə bir illik müddəti əhatə edəcək anlaşma əldə olunub.
Beləliklə, Gəncə klubu son 4 gün ərzində 3-cü transferini elan edib. Bundan əvvəl Premyer Liqa təcrübəsi olan Cavid İmamverdiyev və İbrahim Qədirzadə ilə müqavilə imzalanmışdı.
Mirağa