Serbiyalı raketka ustası Novak Cokoviç (Novak Djokovic) tennis üzrə Olimpiya turnirinin növbəti mərhələsinə vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, tennisçi Tokiodakı Olimpiya turnirinin üçüncü turunda ispaniyalı Alexandro Davidoviçi (6:3, 6:1) məğlub edib.
Bununla Cokoviç 1/4 final mərhələsinə keçidini təmin edib. Bu mərhələdə serbiyalı idmançı Yaponiyadan olan Key Nisikori ilə qarşılaşacaq.
Xatırladaq ki, Novak Cokoviç iyul ayının 11-də Uimbldon turnirinin qalibi olub.
Emin Şəmsiyev