19:07 28.07.2021 813

Sənan Qurbanov: "Meydanda mübariz komanda görmək istəyirəm"

"Birinci oyun bizim üçün ürəkaçan olmadı. Amma başa düşürük ki, məsuliyyət hər zaman üzərimizdədir. Çünki ölkəmizi bu turnirdə layiqincə təmsil etmək istəyirik".

Bunu "Keşlə”nin baş məşqçisi Sənan Qurbanov evdə Rusiyanın "Soçi" klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis ilk görüşə itkilərlə çıxdıqlarını bildirib: "Həm Şəhriyar Əliyevin, həm Omar Qudiabinin, həm də Anatole Abanqın olmaması oyunumuza mənfi təsir etdi. Yeni futbolçularımız var, oyun üslubumuza adaptasiya olmağa çalışırlar. İstəsək də, istəməsək də, bu, zaman alır. Zamanın bizim xeyrimizə işləməsinə çalışdıq. Təəssüf ki, bunun Soçidə tam plan üzrə getmədiyini gördük. Yeni oyunçularımıza güvənirik və oyun üslubumuza qısa vaxtda uyğunlaşmalarını istəyirik. Sabah daha yaxşı çıxış edəcəyimizə ümid edirəm. İlk görüşdə istəmədiyimiz hesabla məğlub olsaq da, futbolçularımız məşqlərdə istəkli idilər. Sabah meydanda mübariz komanda görmək istəyirəm. Futbolçularımız da səbirsizliklə sabahı gözləyirlər".

Qurbanov un sözlərinə görə, "Soçi” bir neçə aparıcı futbolçusunu qoruyub saxlaya bilib: "Oyun üslubları da dəyişməz olaraq qalır. Rusiyada son illər adından söz etdirən klubdur. Total futbol stili görünürdü, daha çox topa sahib olmaq istəyirdilər. Komanda şəklində həm müdafiə olunmaq, həm də hücum etmək onları uğurlu nəticəyə aparıb. Rusiya kimi çempionatda yer tuta bildilər. Zəngin heyətə malikdirlər. Buna baxmayaraq, futbolçularımıza güvənimiz sonsuzdur".

Baş məşqçi Azərbaycan və Rusiya çempionatları arasındakı səviyyə fərqinə də toxunub: "Gəlin, özümüzü aldatmayaq. Rusiya çempionatı bizim Premyer Liqadan fərqlənir. Biz də istərdik ki, çempionatımızın səviyyəsi artsın. Klublarımız bunun üçün addımlar atırlar. Oyunlar gərgin keçir. Amma həmin gün "Soçi” bizdən daha hazırlıqlı idi. Turnirdən gəlmişdilər, hazırlıq matçları keçirmişdilər. Amma "Soçi”nin heç bir futbolçusunu öz oyunçularımdan üstün saymıram. Bu gün inkişaf etməliyik ki, sabahkı yerimizi müəyyənləşdirək. Daim inkişafı fikirləşirik. Biz də istəyirik ki, futbolçularımız özlərini yaxşı tərəfdən göstərsinlər, çempionatımızda sürət artsın. Bu inkişafı da özümüz yaratmalıyıq".

Hər zaman öz oyun üslubuna və futbolçularına inandığını deyən baş məşqçi meydana mərhələni adlamaq üçün çıxacaqlarını vurğulayıb: "Rusiyada da qol vurmaq istəyirdik, ilk dəqiqələrdə belə imkanlarımız oldu. Amil Yunanov şansından yararlana bilmədi. Qapımızdan planlaşdırmadığımız tərzdə standart vəziyyətdən qol buraxdıq. Bu da bizə psixoloji cəhətdən pis təsir etdi. Amma ümid hər zaman var. Sabah mərhələni adlamaq üçün meydana çıxacağıq və bunun üçün əlimizdən gələnin ən yaxşısını etməliyik. Uşaqlarla da danışmışıq ki, sabah ən yaxşı oyunumuzu göstərməliyik. Həm hücumda, həm də müdafiədə komanda şəklində oynamaq istəyirik.

Qurbanov hazırda Premyer Liqanın startını deyil, sabahkı oyunu düşündüklərini bildirib: "Yoxlama görüşü az keçirməyimiz bizə mənfi təsir edə bilər. Amma bu müddətdə işlərimizi başqa yöndə qurduq. Oyunu əvəz edən məşqlərimiz oldu. Çempionata hələ çox var. Hələlik sabahı fikirləşirik. Düşünürəm ki, çempionatın startına qədər ideal formamızın 70-80 faizini toplaya biləcəyik".

Transfer çalışmalarına da toxunan Qurbanov baxışda olan iranlı hücumçu ilə bağlı qərar verdiyini söyləyib: "Bir müddət düşərgəmizdə oldu. Gənc olsa da, ideal formasından çox uzaq idi. Həm də artıq çəkidə gəlmişdi. Bizim də zamanımız olmadığı üçün onu geri göndərdik. Amma yenə də baxışa kimsə gələ bilər. Bu, danışıqlardan asılı olacaq. Bəzən futbolçu baxışa gəlməyə razılaşmır. Biz də büdcə baxımından transfer dönəmini bağlamışıq. Hər hansı bir futbolçu bizdə oynamaq istəyirsə, qapılarımız üzünə açıqdır".

Qeyd edək ki, iyulun 29-da "ASK Arena"da keçiriləcək "Keşlə" - "Soçi" oyunu saat 20:00-da başlayacaq. İlk görüşdə Bakı təmsilçisi 0:3 hesabı ilə uduzub.(report.az)
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

Facebookdan bizi izləməyi unutmayın.
X