23:13 28.07.2021 698

\"Futbolçu meydana \"mandraj\"da çıxıbsa, günah məşqçidədir\" - Samir Abasov

"Məğlubiyyətdən sonra nəsə danışmaq çətindi. Əfsuslar olsun ki, turnirdən kənarda qaldıq”. 

Fanat.Az xəbər verir ki, bunu "Neftçi”nin baş məşqçisi Samir Abasov deyib. 
 
Paytaxt təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində "Olimpiakos”a 0:1 hesablı məğlubiyyətdən sonra keçirilən ənənəvi mətbuat konfransına qatılan mütəxəssis yenilgiyə rəğmən, xarakter nümayiş etdirdiklərini söyləyib:

"Bizim üçün yaxşı təcrübə oldu. Əsas odur ki, ruhumuzu ortaya qoya bildik. Hər iki görüşdə xarakterimizi ortaya qoya bildik. Yaxşı oyuna baxmayaraq, turnirdən kənarda qalmaq çətindir. Çətinliklərlə bura gəlib çıxdıq. Sərgilədiyimiz oyun, əsas ruh yaxşı idi. Hər iki mərhələdəki matçlarda xatrakter göstərdik. Bu cür rəqib önündə oynamaq cəsarət tələb edir".
 
- Bu gün bərbad görünən Ömər Buludovun vəziyyəti dünən necə idi və hansı ümidlərlə onu meydana buraxmışdınız?
- Futbolçular bu cür oyunlarda böyüyür. Əgər böyümək istəyirsə. Hansısa futbolçu "mandraj"da oynayacaqsa, deməli, onun həyatı da "mandraj"da keçəcək. İlk oyundan sonra "niyə Ömər oynamadı" deyənlər, niyə əksini deyirlər. Futbolçudur, həyəcanlı oldu. Bunun da ucbatından qol buraxdıq. Onun özü üçün də təcrübədir. İnşallah, yavaş-yavaş keçər. Onu səhvinə görə əvəzləmədim. Sadəcə, ayağı ağrıdı. Bu, bəlkə də, "mandraj"dan qaynaqlandı. Bir oyunçu əvəzlənmək istədisə, ayağının ağrıdığını dedisə, onu əvəzləməliydik. Tanıdığım Ömər yalan danışmaz. Bizim borcumuz futbolçuya motivasiya verib, oyuna çıxarmaqdır. Hansısa futbolçu "mandraj"da çıxıbsa, günah onda yox, məşqçidədir. Deməli, məşqçi onu lazımi qədər oyuna kökləyə bilməyib. Təəssüf ki, Ömərdə bu baş verdi.

- Hücumçusuz qalan "Neftçi"nin gələcək oyunlardakı vəziyyətini necə izah edərdiniz?
- Əlimizdəki oyunçularla çıxıb oynayacağıq. Hücumçu olmadığı halda baş məşqçi kimi sistemdə bəzi dəyişikliklər etməlisən. Ən azı oyunçuları bu ruhda meydana çıxarmalıyıq. Bu təcrübə ilə futbolçuların artıracağını düşünürəm. Tapança-tüfənglə tankın qarşısına çıxmaq çox çətindir. Bu, bir dəfə alınar. Hansı turnirdə nə qədər irəliləyəcəyimizi zaman göstərəcək.

- Komandanı növbəti turnirə motivasiya etmək çətin olmayacaq?
- Bununla bağlı problemim yoxdu. Təbii ki, çox çətindi. Biz heyətimizi gücləndirməliyik. Bu barədə sizə bir söz deyə bilmərəm.

- Nəyə görə son 15 dəqiqədə Mboc hücumda oynadı?
- O, bunu özü istədi. Biz də imtina etmədik. Hücumda bizə kömək olmaq istəyirdi. Çünki qol vurmaq lazım idi. Bu onun hücumçu keyfiyyətlərindən irəli gəlmirdi. Sadəcə, hücuma kömək etmək üçün irəliyə yollanmışdı.

Nihat
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 May 2024
16:36

Dortmund "Borussiya"sı Roysla bağlı qərarını açıqladı

16:27

Rüstəm Məmmədov "Şamaxı"ya məğlubiyyətin səbəblərini dedi

16:01

Ançelotti "Bayern"ə qarşı hansı qapıçını oynadacaq? - Özü dedi

15:41

Güləş üzrə U-23 Avropa çempionatı Bakıda keçiriləcək

15:29

Klopp Salahın "Liverpul"da qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırdı

15:10

"Prezident Kuboku": Azərbaycan beynəlxalq reqatanı 9 medalla başa vurdu

14:55

"Sıralarımıza daha çox gənclərin qoşulması ilə barışmaq lazımdır" - Erik ten Haq

14:38

“Prezident Kuboku 2024”: Azərbaycandan səkkizinci medal

14:20

Tanınmış idmançılar master-klas keçdilər

14:03

Kişi həndbolçular arasında Azərbaycan çempionatı: 19-cu turun proqramı açıqlandı

13:57

“Prezident Kuboku 2024”: Paşayev - Babayev cütlüyü "bürünc" qazandı

13:53

"Sumqayıt" azarkeşlərinə görə cərimələndi

13:47

"Turan Tovuz"un legionerinə 4 oyunluq cəza

13:30

"İnanıram ki, 2028-dəki Olimpiya Oyunlarında daha çox idmançımız iştirak edəcək" - Fərid Qayıbov

13:17

"Sumqayıt" "Kəpəz"lə oyundan öncə onu itirdi - AÇIQLAMA

12:58

Pedri növbəti mövsümə harada başlayacaq?

12:39

İtaliya nəhəngi MY-nin hücumçusunu aparır

12:21

"Srvena Zvezda" 35-ci çempionluğunu bayram etdi

12:02

AL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:43

"Salah indiyədək gördüyüm ən eqoist futbolçudur"

11:29

"Sabah" bölgədən akademiyasına 22 uşaq seçdi - VİDEO

11:21

Prezident Kuboku-2024": Reqatada altıncı medal

11:10

"Bayer" Romadan da "sağ çıxdı" - VİDEO

10:50

"Prezident Kuboku-2024": Azərbaycan komandasından reqatada növbəti medal

10:32

Messi MLS-in ən yaxşısı elan olundu

10:11

"Mövsümün sonuna qədər dayanmaq istəmirik" - Xabi Alonso

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

Renat Dadaşovun komandasında məşqçi istefası

09:00

"Real" 16 yaşlı vunderkindin "ovuna çıxdı", "Barselona" geri çəkildi

01:41

London derbisini “Çelsi” qazandı

01:10

KL: İtaliyada ilə İngiltərədə "qol yağdı"

01:03

AL: "Bayer" Romada inamlı qələbə qazandı

02 May 2024
22:58

"Prezident Kuboku 2024": İkinci günün qalibləri mükafatlandırıldı

21:40

Ceydon Sanço MY-yə yalnız bu şərtlə qayıdacaq

21:16

PSJ-nin futbolçusu Avropa çempionatını buraxacaq

20:55

"Real" Luninlə bağlı qərarını verdi

20:20

İPL: Ayın məşqçisi adına namizədlər bilindi

19:48

Stil Fransa klubunu tərk edəcək - RƏSMİ

19:18

“Prezident Kuboku 2024”: Reqatada daha medal

18:45

İPL: Ayın ən yaxşı oyunçusu mükafatına namizədlər bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X