Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsinin bütün iştirakçıları bəlli olub.
Fanat.Az xəbər verir ki, Şəhriyar Məmmədyarovun da çıxış edəcəyi turnirin 16 nəfərlik siyahısına Levon Aronyan (Ermənistan), Vladislav Artemyev (Rusiya) və Pentala Harikrişnanın da (Hindistan) adı daxil edilib.
İyulun 31-də start götürəcək onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min dollar əldə edəcək.
Qeyd edək ki,
Teymur Rəcəbovun adı siyahıda yoxdur.