14:39 29.07.2021 1125

"Neftçi"nin rəqibi HİK-i yaxından tanıyaq

Çempionlar Liqasının II təsnifat mərhələsində "Olimpiakos"la bacarmayan (0:1, 0:1) "Neftçi" yoluna Avropa Liqasında davam edəcək.
 
Təmsilçimiz turnirin III təsnifat mərhələsində Finlandiyanın HİK klubu ilə qarşılaşacaq. 

Fanat.Az "Neftçi"nin rəqibi haqda maraqlı məlumatları diqqətinizə çatdırır:
 
Klub 1907-ci ildə Frederik Vaten tərəfindən "Helsingin Jalkapalloklubi - Helsingfors Fotbollsklubb" adı ilə yaranıb. Komanda ilk oyununu elə həmin il "Ekenäs IF" klubuna qarşı keçirib və 4:2 hesabı ilə qalib gəlib.

Fin dilli tələbələr arasında HJK (HİK) adı ilə tanınan komanda gələcəkdə beynəlxalq yarışlarda elə bu adla da qeydiyyatdan keçir.

HİK Finlandiyanın ən çox titul qazanan klubudur. 30 dəfə ölkə çempionu olaraq rekord sahibidir. Bundan əlavə, 14 dəfə gümüş, 12 dəfə bürünc medal qazanıb. Finlandiyada 14 ölkə kubokunu qazanan yeganə klubdur. 

Klub avrokubokların həm təsnifat, həm də final mərhələsində oyunlar keçirib.

1998/1999 mövsümündə Fransanın "Metz" klubunu məğlub edən (2:1) komanda UEFA ÇL-nın final mərhələsində oynayıb.

2011/12 mövsümünün II təsnifat mərhələsində Uelsin "Banqor Siti" klubunu 10:0 hesabı ilə yenən HİK ÇL tarixinin ən böyük hesablı qələbəsinin memarı olub. 

Klub səfər oyunlarında adətən 4-4-2 taktiki sxeminə üstünlük verir. Ev oyunlarında isə 4-3-3 və 4-4-2 sxemindən istifadə edir. 
 

Ev oyunu  
 
Səfər oyunu 
 
Səfər oyunu 

Hazırda komandanın ən təhlükəli futbolçuları - mərkəz yarımmüdafiəçisi Jair (Braziliya), hücumçular Rup Riski (Finlandiya) və Atomu Tanaka (Yaponiya) hesab olunur.

Xatırladaq ki, HİK - "Neftçi" oyunu avqust 12-də Helsinkidə keçiriləcək.
 
Emin Şəmsiyev
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X