08:30 30.07.2021 977

Messini dünya futboluna bəxş edən salfet - Bir müqavilənin tarixçəsi

Kiçik salfet üzərində futbol tarixinin ən əhəmiyyətli sənədlərindən biri - Messinin "Barselona" ilə ilk müqaviləsi yazılıb.

Fanat.Az dünyanın ən tanınmış super ulduzu Lionel Messinin karyerasının başlamasında ən maraqlı faktı təqdim edir:
 
2000-ci illərin əvvəllərində Leo hələ super ulduz deyildi, amma böyük gələcək vəd edirdi.

Gənc Messi atası ilə ilk dəfə Barselonaya 17 sentyabr 2000-ci ildə gəlib. Leonun yerli klubda baxışını Rosariodan olan menecerlər Martin Montero və Fabian Soldini təşkil edib.

İlk yoxlama oyununda Messi meydana çıxır və 6 qol vurur. Yeniyetmənin oyununa baxan hər kəs heyran olur. Lakin klubun direktoru Karlos Reşakın razılığı olmadan heç kəs futbolçunun akademiyaya keçidi təşkil edə bilməzdi. Reşak isə həmin vaxt Sidneyə Olimpiada izləməyə yollanır.

Direktorun qayıdışına qədər Messini özündan yaşca daha böyük (Messinin o zaman 13 yaşı var idi) futbolçularla meydana buraxırdılar. Nəticə yenə də heyrətamiz idi. Messi o qədər fantastik oyun oynayırdı ki, kənardan oyunu izləyənlər "Onu kluba almaq lazımdır", "Biz belə futbolçu görməmişik" deyə qışqırırdılar. Klubun tərəfdaşı Osario Qadjolidə futbolçunun çıxışına olduqca heyran idi.

Buna baxmayaraq Messi və atası Argentinaya geri dönürlər və bir neçə həftə "katalonlar"dan səs çıxmır.

Messinin kluba gəlişi rəhbərliyə baha başa gəldi. Messi olduqca cılız idi və xüsusi müalicəyə ehtiyacı vardı. Onun ailəsi ilə birlikdə qalmağına görə kirayə və digər məişət xərcləri 30 milyon avro civarında dəyərləndirilirdi.

Əfsanəvi salfet hekayəsi.

14 dekabr 2000-ci ildə klubun direktoru Reşak və Qadjioli tennis oyunundan sonra yaxınlıqdakı qəlyanaltıda nahar etməyə gəlir. Onlara klubun direktorlarından biri, vaxtı ilə Dieqo Maradonanı kluba gətirən Xosep Maria Mingelya qoşulur.
 
 
Tarixi müqavilənin imzalandığı qəlyanaltı

"Məsələ artıq çox uzanıb və vaxtımız yoxdur. Futbolçuya digər təkliflər var. Ya o (Messi) bizim futbolçu olacaq yada başqasının qisməti olacaq. Onu kluba gətirməliyik və nöqtə" deyə Qadjioli klub rəsmilərinin qarşısında ultimatum qoyur.

Məsələni tezliklə həll etmək üçün onların əlinin altında kağız parçası yox idi. Klubun direktoru Karles Reşak tez salfet parçası açıb oraya yazır:

"Barselona, 14 dekabr 2000-ci il. Cənab Xosep Mingeli, Osario Qadjoli və mən "Barselona"nın texniki katibi Karles Reşakın iştrakı ilə. Bəzi fikir ayrılığına baxmayaraq oyunçu Lionel Messi ilə müqavilə imzalamaq öhdəliyini öz üzərimizə götürürük. Yüksək xərclərə baxmayaraq məsələnin məsuliyyətini hər üçümüz daşımağa hazırıq". 

Daha sonra hər üç mütəxəssis salfetə öz imzasını qoyur.

Bir həftə sonra (salfet parçası) sənəd notarius tərəfindən təsdiqlənir. "Barselona" klubu Messinin və onun ailəsinin bütün xərclərini qarşılamağa razılıq verir.
 
 
Həmin salfet

15 fevral 2001-ci ildə yeniyetmə Leo ailəsi ilə birlikdə Barselonaya köçür. Sonrası isə isə hamıya tanış olan parlaq bir tarixdir.
 
 

Hazırda həmin salfet parçası klubun muzeyində saxlanılır və hər bir turist ona baxa bilər. 


Əfsanəvi salfet
 
Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

17 phrase_var_core.september 2021
17:51

Tyeri Anri: "Tottenhem"i tanımıram"

17:37

Liqa 1: "Strasburq" "Metz"lə üz-üzə

17:26

Türkiyə Superliqası: V tur həyəcanı

17:10

A Seriyasında V tur start götürür

16:50

Dünya çempionatına 9 cüdoçu ilə

16:41

La Liqa: "Kadis" "Selta" səfərində

16:28

"Qarabağ"dan Xayme açıqlaması: "Əməliyyat qaçılmazdır"

16:25

"Tottenhem"in futbolçusundan etiraf: "Mançester Yunayted" azarkeşi olmuşam"

16:09

Almaniya Bundesliqası: V tura start verilir

15:55

İPL: "Nyukasl" "Lids"ə qarşı

15:48

AFFA İntizam Komitəsinin sədri: "Təhqirlər təkrarlansa, klublar cərimələnəcək"

15:32

"Nike" AFFA-ya top verdi

15:16

Cavid Hüseynov karyerasını bitirir: Klub yaratdı

14:57

Azərbaycanlı dünya çempionuna hökm oxundu

14:44

UEFA “Qarabağ”a 3 milyon avro ödədi

14:29

Məşhur cüdoçularımıza yeni titullu rəqib

14:20

AFFA “Qarabağ”a xəbərdarlıq etdi

14:12

UEFA "Qarabağ"ın oyunu ilə bağlı sorğu keçirir

13:55

"Futbolun Qurban Qurbanova bir "play-off" borcu var" - Nurlan İbrahimov

13:29

Mourinyu "5:1"lik qələbədən narazı qaldı

13:01

"Barselona" müflisliyin bir addımlığında

12:40

Dünya çempionu qətlə yetirildi

12:37

Fatih Terimdən "İtalyanca şou": Mətbuat konfransına damğa vurdu

12:27

"Qolu mən vuracağam, ya başqası, fərq eləmir" - Emin Mahmudov

12:12

"Mançester Yunayted" Bruno ilə bağlı qərar verdi

11:54

Mourinyu Pelleqrini ilə danışacaq

11:35

Qurban Qurbanovun hərəkətində nə qəbahət var? - Deputat yazdı

11:30

Premyer Liqamızda iki oyunun təyinatları açıqlandı

11:09

Dünyanın ən titullu futbolçusu klubundan ayrıldı

10:50

CAS dördqat Olimpiya çempionunun məşqçisinə "yox" dedi

10:32

Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi

10:16

Konfrans Liqası: Həftənin futbolçusu adına namizədlər

10:00

"Kənan Kərimov "Karvan"ı bərpa etmək niyyətindədir" - MÜSAHİBƏ

09:00

"Çelsi"nin futbolçusunun evi qarət olundu - FOTOLAR

08:00

Məsut Özil: "Yalnız "Fənərbağça!"

01:19

"Fənərbağça" 1 xala razılaşdı - VİDEO

01:14

Konfrans Liqası: Rəqiblərimiz "sülh" bağladı, "Roma"dan "qol yağışı"

00:59

Avropa Liqası: "Qalatasaray"dan qələbə, "Fənərbağça"dan heç-heçə

00:03

"Qalatasaray" İtaliya klubunu belə yendi - VİDEO

16 phrase_var_core.september 2021
23:28

"Bazel"in baş məşqçisi: "Qarabağ" 90 dəqiqə daha üstün oldu"

phrase_var_core.fb