"Barselona" ilə müqaviləsi başa çatan Lionel Messi Kataloniya klubu ilə vidalaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflərin bir müddət əvvəl yeni müqavilə ilə bağlı razılığa gəldiyi bildirilsə də, göründüyü kimi, bu baş verməyib. Açıqlamada tərəflərin maliyyə şərtlərində ortaq məxrəcə gələ bilmədikləri qeyd olunub.
Xatırladaq ki, karyerası ərzində yalnız "Barselona"da çıxış edən (2003-2021) argentinalı hücumçunun klubla müqaviləsi iyunun 30-da başa çatmışdı.