Tokio 2020-də qadın üzgüçülərin 4x200 metr məsafayə sərbəst üsulla estafet yarışında tarixin ən yaxşı göstəricisi qeydə alınıb.
Fanat.Az xəbər verir ki, Çini təmsil edən "dördlük" finalda 7 dəqiqə 43,33 saniyə ilə dünya rekordunu yeniləyib.
Qeyd edək ki, buna qədər liderlik 7:41,50 ilə Avstraliya üzgüçülərində idi. "Yaşıl qitə" təmsilçiləri 2019-cu ildə Cənubi Koreyada baş tutan dünya çempionatında Çinə məxsus 10 illik rekordu(7:42,08) qırmışdı.
Sahib Əsədbəyli