Millimizin futbolçusu Serkan Aydının yeni klubu bəlli olub.
Fanat.Az "Kocaeligazetesi"nə istinadən xəbər verir ki, "Kocaelispor"un aşağı yaş qruplarında çıxış edən 17 yaşlı müdafiəçi "Antalyaspor"a transfer olunub.
O, Super Liqa təmsilçisinin U-19 komandasında çıxış edəcək.
Qeyd edək ki, "Bursaspor”un yetirməsi olan Serkan Aydın keçən il U-17 yığmamızın heyətində 2 oyun keçirib.
Röya