"Maklaren"in pilotu Daniel Rikkardo (Daniel Riccardo) İngiltərə Qran Prisinin ilk turunda Maks Verstappen (Max Verstappen) və Lyüis Həmiltonun (Lewis Hamiltonun) toqquşmasından danışıb.
Fanat.Az xəbər verir ki, hollandiyalı pilot hadisəni Macarıstan Qran Prisi ərəfəsində keçirdiyi mətbuat konfransı zamanı yada salıb.
"Formula 1 karyerasını yenicə başlayanda Maks təzyiq altında idi. Lakin o vaxtdan bəri çox şey dəyişib. Birlikdə çıxış etdiyimiz üç ildə yalnız iki dəfə qəza keçirmişik. Düşünürəm ki, bu, əhəmiyyətsiz bir rəqəmdir.
Maks və Həmiltonun qəzasına gəlincə deyim ki, bu, bir yarış hadisəsidir. Amma əsas olan odur ki, Maks qəza zamanı ciddi bir xəsarət almayıb"
Qeyd edək ki, qəzaya görə hakimlərin Həmiltona 10 saniyəlik cəzaı barədə "Red Bull" apellasiya şikayəti vermişdi. Onların fikirincə ingiltərəli idmançı daha sərt cəzaya layiqdir.
Emin Şəmsiyev