23:33 29.07.2021 650

Sənan Qurbanov:"Rəhbərlik mənlə davam etmək istəməsə, buna hörmətlə yanaşaram"

UEFA Konfrans Liqasında bu gün II təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, ilk görüşdə 0:3 hesablı məğlub olan "Keşlə" yenə uduzub və Konfrans Liqasında çıxışını başa vurub - 2:4. 

Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Sənan Qurbanov iştirak edib.

41 yaşlı mütəxəssis əvvəlcə qarşılaşma haqda fikirlərini səsləndirdi:

"Ciddi rəqiblə qarşılaşırdıq. İlk oyunda da məğlub olmuşduq. Evdə bəzi risklər etməli idik. Uşaq vuruşdular, döyüşdülər. Çalışdılar ki, qələbə qazansınlar. Amma rəqibin müdafiəsində çox yaxşı futbolçular var. Onlar imkan vermirdilər ki, istədiyimizi edək. Rəqibin 3 mərkəz müdafiəçisi bizim qurmaq istədiyimiz bütün hücumların qarşısını rahatlıqla aldılar. Buna baxmayaraq qol vurmağı bacardıq. Amma üzücü məqam burasındakı 4 top buraxdıq. Bu da risk etməyimizin bəhrəsi idi. Əvəzetmələrdə də riskə yol verdik. Qol vurmaq istədiyimiz üçün hücumameyilli futbolçuları meydana buraxdıq. Deməzdim ki, bu, bizdə uğurlu alındı, amma etməli idik. Qələbə qazanmaq istəyirdik, başqa fikrimiz yox idi. 2:2 hesabını qormaq olardı, amma qalib gəlmək istəyirdik. Oyunçularım əllərindən gələni etdilər. Vuruşdular, çalışdılar. Rəqib çox güclü idi. Artıq bu oyun geridə qaldı. İndi gələcəyə baxmaq lazımdı".

Sənan Qurbanov daha sonra jurnalistlərin suallarını cavablandırdı:

- Rəqibdən fərqli olaraq sizin müdafiənizdə ciddi problemlər var idi. Hətta bir qol sırf bu mövqədə edilən səhvə görə vuruldu...

- Futbolçulara tapşırmışdım ki, cinah və uzun ötürmələr zamanı diqqətli olsunlar. Amma nədən qorxurduqsa, o da başımıza gəldi. Analizlər zamanı qeyd etdiyimiz bütün epizodları rəqib bizə tətbiq etdi. Amma biz komanda şəklində həm müdafiə olunmaq, həm də hücum qurmaq istəyirik. Yenə deyirəm ki, bizi müzakirə etdiyimiz epizodlarla məyus etdilər.

- Artıq 3-cü mövsümdü ki, "Keşlə"nin müdafiə xəttində eyni futbolçular yer alıblar. Rəhbərlikdən bu mövqeyə transfer edilməsini tələb etmisiz?

- Bu oyundakı məğlubiyyəti tək müdafiəçilər bağlamaq istəməzdim. Hamının səhvi oldu. Əsas günahkar da mən idim. Müəyyən büdcə ayrılmışdı. Komandanı çox futbolçular tərk etdi. Hücum xəttində çox boşluqlar var idi. Biz də bacardığımız qədər buranı gücləndirdik. Transfer pəncərəsi zamanı bacardığımızı etdik. Amma müdafiə xəttinə oyunçular ala bilmədik. Sadəcə öz futbolçularımızın müqavilələrini yenilədik. Amma tək müdafiəçilərə görə yox, komanda olaraq uduzduq.

- Mediada məğlubiyyətlərə görə ən çox sizi qınayırlar. "Keşlə"nin Konfrans Liqasını tərk etməsinin günahkarı sizsiz?

- Əlbəttə! Komanda məğlub olursa, günahkar məşqçidi. Bütün məsuliyyəti öz üzərimə götürürəm. Komandanı hazırlayan şəxs mənəm. Bu səbəbdən də əsas günahkar mənəm. Gələcəyə baxmaq lazımdı. Bizim üçün bu, təcrübə idi. Oyundan qabaq da "Soçi" favorit görsənirdi. Onlar Rusiya premyer-liqasında mükafatçılar sırasına düşüblər. Biz də bu dönəm üçün bacardığımız qədər hazırlıq keçə bildik. Təlim-məşq toplanışını Bakıda keçirdik. Bəlkə də az yoldaşlıq görüşü keçirməyimiz bizə problem yaratdı. Futbolçularımı buna görə günahlandırmaq istəmirəm. Əlimizdən gələni etdik. Amma yenə də məğlubiyyətə görə bütün məsuliyyət mənimdədi.

- Bu nəticə sizin gələcək karyeranıza təsir edə bilər?

- Bu, futboldu. Hər şey ola bilər. Əgər məğlub olmuşuqsa, günah məndədi. Rəhbərlik mənlə davam etmək istəməsə, buna hörmətlə yanaşaram. Çünki bütün məğlubiyyətlər acıdı. Mən istənilən halda heç bir futbolçunu günahlandıra bilmərəm. Çünki baş məşqçiyəm. Onları mən meydana çıxarıram. Əvvəlcədən hansısa futbolçunun komandada qalmasına razı olmuşamsa, ondan şikayətçi ola bilmərəm. Bütünoyunçularıma güvənirəm. Rəhbərlik qalmağımı istəsə, yolumuza davam edəcəyik. İstəməyəcəklərsə, bununla razılaşacağıq. Çalışacağıq ki, səhvlərimizdən nəticə çıxaraq.

- Rəhbərlik müdafiə xətti üçün yeni transfer etməyinizə razı olacaq?

- Maliyyəmiz bitib. Daha transfer edə bilməyəcəyik. Artıq büdcəmiz yoxdu. Hansısa futbolçunu ancaq baxışa dəvət edə bilərik. Onu da az məbləğə oynamağa razı sala bilsək, transfer edəcəyik. Amma heç kim razı olmur. Qalıb, öz komandalarında oynamaq istəyirlər. Bizim üçün transfer məsələsi demək olar ki, bitib.

- "Keşlə" çempionata neçə faiz hazırdı?

- 2 həftə vaxtımız var. Komandamız bu iki matçda yaxşı təcrübə topladı. Futbolçularım əziyyət çəkdilər. Bu, bizim üçün premyer-liqaya hazırlaşmaq baxımından yaxşı oldu. Belə rəqiblərə qarşı yoldaşlıq görüşləri keçirsəydik, daha yaxşı olardı. Komanda futbol oynaya bilir. Bu, artıq nədənsə xəbər verir. Vaxtımız var. Yoldaşlıq oyunlarında qüvvəmizi sınamaq istəyirik. Həmin vaxta kimi 70-80 faiz hazır olacağıq.

- Rəhbərlik gələn mövsüm üçün qarşınıza hansı məqsədi qoyub? Premyer-liqada mükafatçılar sırasına düşmək, yoxsa yenə kubokun qalibi olmaq?

- Heç kim mübarizədən məğlub ayrılmaq istəmir. Məqsədimiz yaxşı kollektiv formalaşdırmaqla yanaşı, nəticə əldə etməkdi. Hər uğurun başında yaxşı oyun nümayiş etdirmək dayanır. Çalışacağıq ki, yüksək pillələr üçün mübarizə aparaq.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

Facebookdan bizi izləməyi unutmayın.
X