09:54 30.07.2021 228

"Böyük şəhərin tək komandası" 16 dəqiqəyə təslim oldu

"Çukariçki” ilə oyun avrokuboklarda "Sumqayıt"ın ikinci sınağı idi. Serbiyadan 0:0-lıq heç-heçə ilə geri dönən "Şəhərlilər" yerli azarkeşlərin gləcəyə nikbin baxmalarına səbəb olmuşdu. Klubun tarixində ikinci Avropa səviyyəli turnirin səfər oyunu üçün heç də pis nəticə deyildi. Həmin görüşdə 5-4-1 düzülüşü ilə meydana çıxmaqda "Sumqayıt"ın məqsədi bəlli idi. Bu dəfə komanda oyuna başqa əhvalla, başqa yanaşma ilə çıxmalı idi. Azarkeşlərin də dəstəyi ilə meydan amilindən yararlanmaq, klub tarixində bir ilkə imza atmaq.

Oyun primitiv şəkildə başladı. "Sumqayıt" rəqibin kəşfiyyatını zəiflik kimi qiymətləndirib bundan yaralanmaq qərarına gəldi. Cəmi 9 dəqiqə çəkən bu gözlənti bizimkilər üçün arzulanan kimi bitmədi. Oyunun 10-cu dəqiqəsində rəqib bizə, baş tutan hücumun necə tamamlanmalı olduğunu göstərdi. İlk rahat vəziyyəti tapan "Çukariçki" ustalıq nümayış etdirdi və cinahdan gələn ötürməni qolla çevirdi. Ndiaye serbləri hesabda irəli çıxardı.

Yaxşı müdafiəçi soyuqqanlı olan, peşəkar davranan, bütün ehtimalları nəzərə alıb həm özünü, həm də komanda yoldaşlarını sığortalaya biləndir. Höcət Haqverdi isə höcətliyindən qalmayıb növbəti hücumun qarşısını kobudluqla aldı. Beləliklə, rəqibə penalti qazandırdı. Serblər bu şansı əldən vermədi.  Marko Dociç penaltini düzgün yerinə yetirdi və 0:2. Bu artıq mərhələ adlamaq şansının 16-cı dəqiqədə böyük ölçüdə əldən çıxması demək idi.

İlk 20 dəqiqədə ara-sıra təmsilçimizin ifasında hücum müşahidə edirdik. Bu mənada, hücum futbolu sərgiləyən "Çukariçki", 5-4-1 taktiki sxemi ilə meydana çıxan  "Sumqayıt"dan daha yaxşı görünürdü. Beş nəfərlə müdafiə olunan "Sumqayıt" xüsusilə Ndiayenin qarşısını almaqda çətinlik çəkirdi. 

Oyunun 34-cü dəqiqəsində Rəhim Sadıxov cərimə zərbəsindən rəqibin qapıçısı üçün təhlükə yaratdı, amma Petkoviç ustalıq nümayiş etdirərək qapını toxunulmaz saxladı. Qeyd edək ki, sumqayıtlıların heyətində Rəhim oyunun ən yaxşılarından biri idi. 

İlk hissəni "Sumqayıt" soyunub-geyinmə otağına məğlub  yollandı.

İkinci hissədə edilən dəyişikliklər heç nəyə təsir etmədi. Futbolçularımızın oyuna yanaşması da eyni ilə dəyişilməz olaraq qalırdı. "Sumqayıt" artıq mövcüd durumla razılaşmışdı.

Klub maksimum nəyə qadir olduğunu ortaya qoydu və yəqin anladı ki, avrokuboklar Azərbaycan çempionatı deyil. Aradakı fərq uçurum səviyyəsindədir...

Emin Şəmsiyev
 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

28 Sentyabr 2021
17:23

"Qarabağ"ın Kiprə yollanacağı tarix müəyyənləşdi

17:09

PSJ üçün şad xəbər: Messi geri döndü

16:46

Parisə hansı cüdoçularımız gedəcək?

16:31

Millimizin futbolçusu uzun müddətə sıradan çıxdı

16:18

ADBTİA-nın şəhid məzunlarının adları auditoriyalara verildi

15:53

Ərdoğan özünü basketbolda sınadı - FOTOLAR

15:39

Mbappe gerilədi, Benzemadan super göstərici - STATİSTİKA

15:23

Benites "Real Madrid"in futbolçularına göz dikdi

15:07

Liqaların püşkü atıldı

14:54

UEFA "Super Liqa" müəlliflərinə qarşı araşdırmanı dayandırdı, ancaq...

14:35

Azərbaycanın son olimpiya çempionu karyerasını bitirir

14:21

Yap Stam ABŞ klubundan qovuldu

14:07

AFFA-dan hakimlərə "yaşıl işıq"

14:00

Millimiz AÇ-yə Qəbələdə hazırlaşacaq

13:49

Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürdü

13:43

İlqar Rəhimov yenidən prezident seçildi

13:29

Mingəçevirdə festival keçirildi

13:14

Namik Ələsgərov üçün Bələk

12:56

Canni De Byazi hakimlərlə görüşdü

12:43

"Qarabağ"ın oyunu şotlandlara tapşırıldı

12:30

Millinin üzvləri B kurslarına qatıldı

12:20

Məğlub idmançıların ailələrinə belə işgəncə verən Uday Hüseynin ŞOK ƏMƏLLƏRİ

12:17

Dünya çempionatında iştirak edəcək güləşçilərin adları açıqlandı

12:03

Millimizin rəqibi heyətini açıqladı

11:50

FİFA referisi I Diviziona göndərildi

11:37

Çempionlar Turu: Şahmatçılarımız tilsimi qıra biləcəkmi?

11:22

Dünya çempionatı: Millimiz Rusiya və Fransaya qarşı

11:09

Elnur Əşrəfoğlunun anası vitse-prezidentə müraciət etdi

10:53

"Fənərbağça"nın sabiq futbolçusu cinayətdə şübhəli bilinir

10:30

DÇ-nin yarımfinalçıları müəyyənləşdi

10:22

Çempionlar Liqası: PSJ "Mançester Siti"yə, "Ayaks" "Beşiktaş"a qarşı-  YENİLƏNİR

10:15

Ruslan Poladov "Şahdağ"la müqavilə imzaladı

10:03

PSJ-nin yeni transferi ÇL-də debüt edə bilər

09:45

"Kəpəz"də seminar

09:03

Mahir tənqid olundu: "Qol vurmamaq günah olardı"

08:00

"Mbappe İspaniyada oynasaydı, "Qızıl topu qazanmışdı"

01:06

İPL: Qonaqlar 90+5-ci dəqiqədə qurtuldu

01:00

La Liqa: "Selta" uzatma dəqiqələrində sevindi

00:43

A Seriyası: Günün tək matçında bərabərlik

00:40

Çempionlar Turu: Şahmatçılarımız yenə uduzdu

Facebookdan bizi izləməyi unutmayın.