UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçında AEL ilə qarşılaşacaq Ağdamın "Qarabağ” klubu bu gün Kiprə yola düşəcək.
Fanat.Az xəbər verir ki, ağdamlılar bu gün saat 18:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan matçın keçiriləcəyi Larnakaya uçacaq.
Komanda səfərə çarter reysi ilə yollanacaq.
Qeyd edək ki, AEL - "Qarabağ" oyunu avqustun 5-i Bakı vaxtı ilə 21:00-da Kiprdə baş tutacaq.
Mirağa