17:18 30.07.2021 1248

İsraildə yaşayan həmyerlimiz: “Ürəyimizi tutmuşduq ki, ...”

UEFA Konfrans Liqasında "Aşdod”u mübarizədən kənarlaşdıran "Qarabağ” İsraildə özünü yalnız hiss etmədi.
 
Hər halda, televiziya vasitəsilə canlı yayınlanan oyunun görüntülərini izləyərkən, Azərbaycan bayraqları ilə "silahlanan” xeyli azarkeş gözümüzə dəydi. Onlardan birini – həmyerlimiz Cəmil Məmmədovu axtarıb tapdıq.
 
İsrailin Natanya şəhərində yaşayan, yaşının çoxluğuna baxmayaraq, idmanı sevən və məşğul olan, futbola isə xüsusi həvəs göstərən Cəmil müəllim oyunu tanınmış siyasi şərhçi Arye Qutla birgə izləyib. Fanat.Az onun təəssüratlarını öyrənib:   




"Aşdod İsrailin əyalət şəhəridir. Stadionu köhnədir. Bizim köhnə "Spartak” bunun yanında müasir görünər. Təl-Əvivdə, Hayfada, Yerusəlimdə, Netanyada yaxşı stadionlar tikilib, niyə orda oynadılar, bilmədim. Aşdoda gedib-gələrkən xeyli əziyyət çəkməli olduq. Saatyarım o tərəfə, saatyarım geriyə vaxt getdi. Nə qədər tıxacda qalmışıq. Mən gecə saat 12-də evə çata bildim. Həm də hava həddindən artıq isti idi. Buna baxmayaraq, azərbaycanlı tərəfdar çox idi. İsraildə bizdən xeyli adam yaşayır. Düzdür, stadionda pərakəndə şəkildə idik, ayrı-ayrı sektorlarda yer almışdıq. Biz ayrıca 50-60 nəfər getmişdik. Onu da deyim ki, "Neftçi” "Bney Yehuda” ilə burda qarşılaşanda, daha çox adamla getmişdik. Flaqman yenə gəlsə, təşkilatlanıb gedəcəyik...  

Arye Qutun bizimlə birgə oyunu izləməyə getməsini xüsusi vurğulamaq istəyirəm. Demək olar ki, Azərbaycanın İsraildəki səfiridir. Həm Azərbaycanda çox tanınır, bütün mətbuat ona açıqdır, həm də İsraildə. Bir yerdə evə qayıdarkən yolda o, "İshral heynt” ("İsrail bu gün”) qəzetinə müsahibə verdi. Oyunla bağlı danışdı.
 
"Aşdod”un tərəfdarları oyunun əvvəlində fəal idi. Ancaq "Qarabağ”ın qolundan sonra səslərini kəsdilər. Hətta onların yarısı bir qədər sonra stadionu tərk edib getdi, oyunu axıra qədər izləmədi. Əslində, israillilər çox yaxşı millətdir. Onlar heç vaxt qonaq azarkeşlərə aqressiya nümayiş etdirməz. İstəyir iki-üç nəfərlə gəlsinlər, istərsə də min nəfərlə. Bu baxımdan, yerli fanatların "Qarabağ”a təpkisi olmadı. Qol vurulanda, futbolçularımız çılğınca sevinəndə onlar bunu sakit qarşıladılar. 

"Aşdod” elə də güclü komanda deyil. Sadəcə, Bakıda yaxşı qapandılar, "Qarabağ” o qədər də hücum edə bilmədi. Sözün açığı, Qurban Qurbanovun komandası da bu mövsüm güclü təsir bağışlamır. Çempionatın son oyununda "Neftçi”yə uduzub çempionluğu əldən verəndə dalağım sancmışdı ki, zəifləyiblər. 

Məşqçilər Ramil Şeydayevi heç cür sistemə oturda bilmir. Bəzi epizodlarda bəxtimiz gətirdi. Yaxşı qurtardığımızı deyə bilərəm. Xüsusilə son dəqiqələrdə ürəyimizi tutmuşduq ki, bu dəqiqə hesab bərabərləşəcək. "Aşdod” cinah hücumlarına üstünlük verirdi, sağdan-soldan həmlələr edirdilər. Bizimkilər onları zərərsizləşdirməyə çətinlik çəkirdilər”.   

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

20:34

Dümfrisdən ilk skudettosu ilə bağlı emosional açıqlama

19:35

David De Xeanın yeni klubu bilindi - İspaniyada oynayacaq

18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

18:20

"Barselona" ilə "Bayern"in xəyalı suya düşdü

18:03

"Azərreyl" Azərbaycan çempionu oldu

17:51

Modriç gedir, yoxsa qalır?

17:34

"Bu işlə 65 yaşımda da vidalaşmaq planım yoxdur" - Joze Mourinyu

17:11

Qadınlardan ibarət Azərbaycan yığması Belarusdakı turnirə qatılacaq

16:53

Futzal üzrə Azərbaycan Kuboku: Yarımfinal matçlarının təyinatları bilindi

16:37

Xavinin taleyi həll olunur - Laporte, Yuste və Deku bir araya gələcək

16:19

İnzagi Mourinyunu geridə qoydu

16:01

AFFA-dan maaşların azaldılması və liqanın ləğvi xəbərlərinə REAKSİYA

15:42

A Seriyasında maraqlı tendensiya: 6-da 6

15:24

Tuxel İspaniya nəhənginin təklifini geri çevirdi - Bu kluba gedəcək

15:05

"Milan" rəhbərliyi Pioli barədə son qərarını verdi

14:47

Bakıda UEFA-nın məşqçilik kursu başladı

14:30

Legioner rüsumu 50 min manat olsa...

14:11

“Prezident Kuboku”: Azərbaycana 20-dən çox ölkənin idmançısı gəlir

13:56

"İnter"ə çempionluq gətirən qələbə - VİDEO

13:49

AÇ-2024: Baş hakimlərin adları açıqlandı - Siyahıda türk də var

13:38

"Biz skudettonu hələ martda qazanmışdıq" - Simone İnzagi

13:20

Xavi tarixi antirekordu təkrarladı

12:19

Azərbaycan çempionatında ilk finalçı bilindi

12:00

"Zirə" Qəbələdə kimləri oynada bilməyəcək? - ADLAR

11:36

"Qəbələ"ni məğlub edən komanda UEFA Gənclər Liqasının qalibi oldu

11:15

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə

10:54

Tyaqo Silva "Çelsi"dən ayrılmağı qətiləşdirdi - Yeni klubu da məlumdu 

10:35

U-17 Belarusla üz-üzə

10:14

"Bayer"in rəsmisi Virtsin qiyməti haqqında: "Səhv etmişəm" 

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:28

Azərbaycanlıların duelini Diniyev qazandı

09:05

Almaniya nəhənginin yeni transfer hədəfi bilindi

01:30

"Sevilya" turu 3 xalla başa vurdu

00:23

"İnter" çempionluğunu derbidə rəsmiləşdirdi!

00:11

"Fənərbağça" büdrədi

22 Aprel 2024
22:46

AÇ: Azərbaycanın 3 boksçusundan qələbə

20:07

"Azərreyl" dramatik qələbə ilə çempion oldu

18:46

A Seriyası təmsilçisi Kannavaroya tapşırıldı

17:55

"Əvvəllər burada qələbə qazanıb-qazanmadığımızı xatırlamıram" - Yürgen Klopp

Facebookdan bizi izləməyi unutmayın.
X