Çempionlar Liqasında mübarizəsini dayandıran və yolunu UEFA Avropa Liqasında davam etdirəcək "Neftçi”nin Finlandiyanın HJK klubu ilə keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, avqustun 3-də saat 21:00-da başlayacaq qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Neftçi – HİK (Finlandiya)
3 avqust. Bakcell Arena. Saat 21:00
Baş hakim: UİLYAM KOLLAM
Baş hakimin köməkçiləri: Devid Makqiçi, Şon Karr
Dördüncü hakim: Yuen Anderson
(Hakimlər briqadası Şotlandiyadandır).
Avqustun 12-də Finlandiyada təşkil olunacaq qarşılaşmada isə ədaləti Almaniya təmsilçiləri qoruyacaq. Dəniz Aytekin baş hakim, Kristian Dits və Markus Sinn köməkçiləri olacaq. Dördüncü hakim isə Martin Petersendir.