Hələ bir neçə gün əvvəl Peşəkar Futbol Liqası qarşısında məsələ qaldırmışdıq
ki, çempionat oyunlarından reportaj hazırlamaq istəyən jurnalistlər pandemiya səbəbindən
çətinliklə üzləşir. Konkret, adətən, oyunlar həftəsonu baş tutur və həmin günlərdə
ictimai nəqliyyat işləmir. Növbəti mövsümün gedişində bu problemlə
qarşılaşmamaq üçün çempionatı təşkil edən qurum nə kimi kömək göstərə bilər?
PFL-in rəsmisi Elgiz Abbasov
Fanat.Az-ın sualına məhz bu gün baş tutan püşkatma
mərasimində aydınlıq gətiriləcəyini bildirmişdi.
Azərbaycan Premyer Liqasının 2021/22 mövsümü ilə bağlı AFFA-nın inzibati
binasında təşkil edilən püşkatma mərasimində PFL-in prezidenti Ramin Musayev saytımızın əməkdaşının sualını belə cavablandırıb: "Maraqlı sualdır. Mənə elə gəlir
ki, klub rəhbərləri sizin əziyyətinizi dəyərləndirər. Əgər onlar kömək etməsələr,
bizə müraciət edərsiniz, köməklik edərik”.
Mirağa