Futbol klubuna qarşı terror aktı baş verib.
Fanat.az xəbər verir ki, hadisə Somalidə qeydə alınıb.
SNTV-nin məlumatına görə, Kismayo şəhərində futbolçuları daşıyan avtobus partladılıb. Terror aktı nəticəsində 4 nəfər ölüb, 10 nəfər isə yaralanıb.
Partlayışa yola qoyulmuş partlayıcı maddənin işə salınması səbəb olduğu iddia edilir.
Hələlik hadisənin səbəbi açıqlanmayıb.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol