"Neftçi” Futbol Akademiyasında məşqçi təyinatları ilə bağlı toplantı olub. Yekunda 2021/2022-ci illər mövsümündə çalışacaq məşqçilərin təyinatı açıqlanıb.
Fanat.Az xəbər verir ki, Elşad Əhmədovun Futbol Akademiyasına gəlişindən sonra üç dəyişiklik xüsusilə diqqət çəkir. "Qaradağ Lökbatan"ın sabiq çalışdırıcısı Elçin Dərgahquliyevin, "Keşlə"nin məşqçisi Alim Qurbanovun, o cümlədən, Elşad Əhmədovla "Sabah"da birgə çalışmış Aleksandr Qrossun "Neftçi"nin uşaq komandalarına gəlişi vurğulanmalıdı.
Beləliklə, təyinatlar aşağıdakı kimidir:
U-19 komandası: baş məşqçi Rəşad Abdullayev, köməkçi məşqçi Anar Vəliyev.
U-17 komandası: baş məşqçi Elman Sultanov, köməkçi məşqçi Aleksandr Qross.
U-16 komandası: baş məşqçi Eldəniz Məmmədov, köməkçi məşqçi Elçin Dərgahquliyev.
U-15 komandası: baş məşqçi İlyas Qurbanov, köməkçi məşqçi Vasif Əliyev.
U-14 komandası: baş məşqçi Vaqif Əliyev, köməkçi məşqçi Emin Mustafayev.
U-13 komandası: baş məşqçi İslam Kərimov, köməkçi məşqçi Xalid Bayramov.
U-12 komandası: baş məşqçi Rafael Yusifov, köməkçi məşqçi Alim Qurbanov.
U-11 komandası: baş məşqçi Emin Salmanov, köməkçi məşqçi Orxan Bəşirov.
U-10 komandası: baş məşqçi Azər Cabbarov, köməkçi məşqçi Sabit Əliyev.
U-9 komandası: baş məşqçi İslam Kərimov.
Qızlar komandası: baş məşqçi İbrahim Məmmədov.
Qapıçılar üzrə məşqçilər: Elxan Ağayev, Cavid Səfərov, Kamil Qafarov.
Mirağa