14:34 31.07.2021 1129

"Gənclər xidmətlərimizdən pulsuz yararlana bilərlər" - Olimpiya kompleksi rəsmisi

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)
 
İdman həm uşaqlarımızın sağlam inkişafında, həm də gənclərin zərərlə vərdişlərdən uzaq qalmasında böyük rol sahibidir. 
 
Ölkə rəhbərliyi tərəfindən böyük diqqət və qayğının nəticəsidir ki, demək olar ki. hər bir rayon, şəhərimizdə idmana aid mərkəzlər, komplekslər, stadionlar inşa edilib. 
 
Düzdür, koronavirus pandemiyası səbəbilə 1 ildən artıq müddətdə idmana aid bütün qurğular fəaliyyətsiz qaldı. Lakin 10 iyun 2021-ci il tarixindən COVİD-19 pasportu ilə idman mərkəzlərindən istifadəyə icazə verildi. 
 
 
Bunu nəzərə alaraq idman komplekslərimizdə vəziyyətin necə olduğunu araşdırdıq. Tovuz Olimpiya İdman Kompleksi ilə əlaqə saxlayaraq idman mərkəzinin fəaliyyəti barədə son məlumatları öyrəndik. 
 
Qurumun meneceri Sabir Rzayev Fanat.Az-a açıqlamasında idman kömpleksinin göstərdiyi xidmətlərdən söhbət açdı: "Tovuz şəhərində idmana olan maraq və idmançılara göstərilən qayğı digər rayonlardan fərqlənir. Bura Olimpiya komplekslərindəki şərait də daxildir. Düzdür, pandemiya dövründə elə də aktiv fəaliyyət göstərə bilmədik. Ki, bunun da tutarlı və bəlli səbəbi var. Amma ondan bir il öncə - 2019-cu ildə respublikada fəaliyyət göstərən Olimpiya Kompleksləri arasında birinci olmuşuq. Kompleksimizdə ödənişli və ödənişsiz xidmətlər mövcuddur. Ödənişli idman növləri nazirliyin nizamnaməsində nəzədə tutulub. Çünki Olimpiya Kompleksləri özü-özünü maliyyələşdirən qurumdur. Hər ayın sonu biz qeyri Olimpiya növlərindən gələn gəlir barədə hesabat veririk. Kompleksin tərkibində mehmanxa fəaliyyət göstərir. Burada adətən şəhərimizə müxtəlif yarışlar üçün təşrif buyuran idmançılar qalır. Pandemiya dönəmində heç bir gəlirimiz olmadığına görə Maliyyə Nazirliyi bizim kompleksə hər üç aydan bir 3000-4000 manat arası vəsait ayırırdı. Əldə olunan vəsait idmançı müəllimlərin və otel personalının maaşına xərclənirdi".
 
Sabir bəy Tovuz Olimpiya İdman Kompleksində hansı idman növlərinə tələbatım çox olduğundan və pulsuz göstərilən xidmətlərdən də bəhs etdi: "Kompleksimizə həm şəhərin özündən, həm də qəsəbə və kəndlərdən gələnlər var. Sevindirici haldır ki, üzgüçülüklə məşğul olmaq həvəsində olan qızların sayı çoxdur.
 
 
 
Taekvondo üzrə yetişdirdiyimiz həm oğlan, həm də qız idmançılarımız respublika birinciliyində iştirak edirlər. Hazırda komandamız kəmər uğrunda yarışlara hazırlaşır. Hətta yetirmələrimizi digər idman klubları və cəmiyyətləri transfer edirlər. Boks, güləş, karate və s. idman növü üzrə komandalarımız da mütəmadi olaraq respublika birinciliklərində iştirak edib yaxşı nəticələr qazanırlar. Pulsuz fəliyyət göstərən idman növlərindən biri də futboldur. 5 yaş qrupu üzrə futbol dərsləri keçirik. Bizim kompleksdə yetişən uşaq futbolçuları Tovuzdakı futbol akademiyasına göndəririk". 
 
Son zamanlar ölkəmizdə gənclər arasında zərərli vərdişlərə meyillənmənin qarşısını almaqda Tovuz Olimpiya İdman Kompleksi də öz tövhəsini verir: "Kompleksimizin fəaliyyəti daimidir. Gənclərin asüdə vaxtını keçirməsi üçün şəraitimiz var və gənclər bundan istifadə edir. Heç kimdən icazə almadan, heç kimə bildirmədən gəlib xidmətlərimizdən pulsuz yararlana bilərlər. Kompleksin həyəti həmişə idmançı gənclərlə dolu olur. Gənclərin idmana gəlməsi uğrunda təşviqatlar edilir. Bununla kompleksimizdəki idman müəllimləri məşğul olur. Onlar məktəblərdən və ya yaşadıqları ərazidən yeniyetmələr və gənclər idmana cəlb edilir".
 
Qeyd edək ki,  təməli 2007-ci il mayın 30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuş Tovuz Olimpiya İdman Kompleksi 2011-ci il fevralın 9-da istifadəyə verilib. 
 
 
Gənclər və İdman Nazirliyinin sifarişi əsasında tikilmiş, Tovuz şəhərinin girəcəyində - Tovuzçayın sol sahilində 7 hektar sahədə yerləşən kompleks 3 korpusdan ibarətdir. Kompleksin birinci korpusunda üzgüçülük hovuzu (25x12.5 m) və yeməkxana yerləşir. İkinci korpus 34 ədəd ikiyerlik və bir VIP nömrəsi olan beşmərtəbəli mehmanxanadan ibarətdir. Üçüncü korpusda isə 814 tamaşaçı yeri olan əsas idman zalı (24.4x42.5 m) yerləşir. Bundan başqa, idman kompleksində məşq zalları, mini futbol (21.4x34.9 m), voleybol (8.9x18 m), basketbol (16.4x22.96 m), həndbol (21.4x34.9 m) meydançaları, kiçik idman zalı (17.6x23.5 m), trenajor zalı və  köməkçi otaqlar da vardır. Kompleksin ərazisində  açıq futbol stadionu (104x68 m), açıq voleybol (24x15 m) və basketbol (28x16 m)meydançaları, həmçinin açıq tennis kortu (40x20 m) da mövcuddur. 
 
Emin Şəmsiyev
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

Facebookdan bizi izləməyi unutmayın.
X