Futbol üzrə Moldova çempionatında 4-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlının formasını geyindiyi "Dinamo-Avto” da növbəti matçına çıxıb.
Orxanın komandası öz meydanında "Balti”yə böyük hesabla uduzub - 1:4.
Futbolçumuz start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
4 oyuna eyni sayda xal toplayan "Dinamo-Avto” turnir cədvəlində 8 iştirakçı arasında 4-cü pillədədir.
Nihat