Ukrayna Premyer Liqasında 2-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin komandası - "Minay” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda "Aleksandriya”nı 1:0 hesabıyla yenib. Yeganə qolu 90-cı dəqiqədə Oleq Vişnevski vurub.
Görüşə start "11-lik"də başlayan Eldar 77-ci dəqiqəyədək mübarizə aparıb. Rüstəm isə matçın 69-cu dəqiqəsində forma şansı qazanıb.
İki tura 3 xal yığan "Minay” turnir cədvəlində 16 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.
Nihat