00:01 01.08.2021 322

Tokio 2020: Azərbaycanın final şansı

Tokio 2020 Yay Olimpiya Oyunları davam edir.

Fanat.Az xəbər verir ki, Olimpiadanın 10-cu günündə 3 idman növü üzrə Azərbaycanın 3 təmsilçisi mübarizə aparacaq.

Atıcılıq

10 metr məsafəyə hava tapançasından atəşaçmada 20-ci nəticə göstərən Ruslan Lunyov 25 metrdən sürətli atışlarla hədəfi dəqiq nişan almağa çalışacaq. 

Təsnifat mərhələsinin atışları Bakı vaxtı ilə 03:30-dan etibarən həyata keçiriləcək. Ertəsi gün növbəti təsnifatdan sonra finalçıların adına aydınlıq gələcək. Avqustun 2-də həmçinin həlledici mərhələ baş tutacaq.

Atletika

Ölkəmizin atletika növündəki iki idmançısından biri Anna Skidan çəkicatma üzrə yarışacaq. 

Karyerasında ikinci dəfə dördilliyin zirvə yarışına qatılan 29 yaşlı Avropa mükafatçısı, Rio 2016-da biraddımlığında qaldığı final mərhələsinə yüksəlməyə çalışacaq.

Bakı 2017 İslamiadasının qalibi bunun üçün 31 iştirakçı arasında ilk "12-liy"ə düşməlidir.

Skidanın yer aldığı A qrupu üzrə mübarizə 04:10-da start götürəcək.

Boks

"Bürünc"ü sığortalayan Alfonso Dominqes (81 kq) medalının əyyarını artırmağa çalışacaq.

26 yaşlı Kuba əsilli boksçumuz yarımfinalda həmyerlisi, Rio 2016-nın qalibi Arlen Lopes ilə üz-üzə gələcək. 

Boks yarışları 06:00-da başlayır. 

Təmsilçimizin qarşılaşması günün axşam proqramında 8-cidir. Görüş Bakı vaxtı ilə təxminən 13:51-də start götürməlidir.

Qeyd edək ki, Tokio 2020-yə 44 idmançı ilə qatılan Azərbaycanın hesabında rəsmiləşmiş 1 medal var. Ölkəmizə "bürünc"ü qadın cüdoçu İrina Kindzerska (+78 kq) qazandırıb. 23 təmsilçimiz Oyunlarla əliboş vidalaşıb.
 
Sahib Əsədbəyli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

21 Sentyabr 2021
18:15

“Formula-1” Bakıda bu tarixdə keçiriləcək

18:05

"Qalatasaray"da ara qarışdı: Ulduz futbolçu Fatih Terimi özündən çıxartdı

18:00

Türkiyə Superliqası VI tur: "Adana Demirspor"un "Beşiktaş" sınağı

17:47

"Neftçi-2" yenə uduzdu

17:37

Püşkatmanın vaxtı açıqlandı

17:17

TOP çempionatlar: Poqba ötürmə ustasıdır - STATİSTİKA

17:11

Azərbaycan millisi Stiven Kenninin qovulmasına səbəb ola bilər

16:35

"Vüqar Həşimov" Nicat Abbasovun komandasına qarşı

16:17

I Divizionda "təcili" yubanma

15:17

Namik Ələsgərovun yeni baş məşqçisi müəyyənləşdi - RƏSMİ

15:02

"Pikeni hücumda oynadan adam kimi adam" - Məşqçiyə kinayə

14:28

36 yaşı var, oynamağına bax

14:12

Lempardın dramatik qolu - VİDEO

13:51

Rafael Ağayev və İrina Zaretska Moskvaya gedir

13:35

APL: Keşlədə başlayıb Sumqayıtda bitəcək

13:20

AFFA Cavadovu təbrik etdi

13:12

İspaniya La Liqası VI tur: Tur lider dəyişikliyi ilə başlaya bilər

12:40

Markos Alonso: "Diz çökməyəcəm"

12:12

Millimizin lideri son görüşlərini keçirəcək

12:02

Məşqçisi Nəriman Abbasov üçün nə istədi? - "Sahib çıxsınlar"

11:59

İngilis futbolçu Polşa millisini seçdi

11:45

İtaliya A Seriyası V tur: "Fiorentina" "İnter"i qonaq edəcək

11:28

"Omoniya" əlavə vaxtda sevindi

11:20

Transfer şayiələri: Saka uğrunda mübarizə

11:14

Zabit Səmədov növbəti döyüşünə çıxacaq - FOTO

11:05

UFC Həbibi təbrik etdi - FOTO

10:58

40-cı qol, 5-ci dubl

10:44

"Bursaspor" Tamer Tunadan imtina etdi - SƏBƏB

10:28

Elnur Əşrəfoğlunun son durumu açıqlandı

10:15

Almaniyadan qovulan "Kayrat"ın sabiq çalışdırıcısı Kiprə üz tutdu

09:52

"Vüqar Həşimov" uğurun ardını gətirə bilmədi

09:48

"Qarabağ"ın rəqibi "ayın ən yaxşısı" seçildi

09:35

Millimizin hücumçusu Portuqaliyada qol hesabını açdı

09:24

Ozobiç - "Sumqayıt" 2:0 - VİDEO

08:15

İsgəndərlinin komandası sonuncu pilləyə yuvarlandı

08:00

Araz sabiq klubuna uduzdu

01:42

"Barselona" evdə xal itirdi - VİDEO

01:07

La Liqa: "Barselona" son dəqiqədə məğlubiyyətdən xilas oldu

00:57

“Qarabağ”da daha bir itki

00:04

A Seriyası: "Napoli"dən şou

Facebookdan bizi izləməyi unutmayın.