08:27 01.08.2021 453

Domantas: \"Məşqlərdə Ronaldinyonun fəndlərini etməyə çalışırdım\"

"Səbail” klubunun yeni transferi, litvalı yarımmüdafiəçi Şimkus Domantas klubun rəsmi saytına müsahibə verib.


- Domantas, "Səbail”ə xoş gəldin! İlk təəssüratların nələrdir?

- "Səbail”lə müqavilə imzalayıb, burada çıxış edəcəyim üçün çox şadam. Öz üzərimdə ən yüksək səviyyədə çalışacağam ki, ümidləri doğruldum və komandaya öz töhvəmi verim.


- "Səbail” ilə aranızda ilk əlaqə yaranandan müqavilə imzalanana qədər proses necə keçdi və sən bu barədə nə düşünürdün?

- Mənə ilk təklif gələndə çox sevindim. Birinci baş məşqçi ilə danışığımız oldu və bundan sonra artıq qərar verdim ki, mən bu klubun formasını geyinmək istəyirəm. Daha sonra Azərbaycanda çıxış edən digər dostlarımla əlaqə saxladım və tam əmin oldum ki, Azərbaycan, Bakı və "Səbail” klubu mənim karyeram üçün doğru seçimdir.


- Futbol karyeranda Azərbaycan klublarına və ya futbolçularına qarşı oynamısan?

- Bəli, "Caspian Cup” (Xəzər kuboku)  beynəlxalq turnirində U-17-də çıxış etdiyim zaman Azərbaycan milli komandası ilə qarşılaşmışdıq. Həmin turnir və oyun yaddaşımda xoş xatirələrlə qalıb.


- Azərbaycan Premyer Liqasında çıxış etməyinin karyerana necə təsir edəcəyini düşünürsən?

- Karyeram ərzində həmişə yüksək liqalarda oynamışam. Məncə, Azərbaycan Premyer Liqası maraqlı və rəqabətlidir. Harada oynamağımdan asılı olmayaraq, əsas öz oyunuma, inkişafıma köklənəcəm ki, komandaya xeyir verim və yüksək nəticələr qazanmasına kömək edim.


- Litvada basketbola maraq futboldan daha böyükdür. Bəs sənin futbola marağın necə yarandı?

- Bəli, Litvada basketbol məşhur olsa da, Avropada əsas maraq dairəsi futboldur. Həmçinin, atam da çox böyük futbol azarkeşidir. İlk başlayanda yerli akademiyada məşq etdim, daha sonra 3 il Danimarkada məşqlərə davam etdim. Peşəkar futbolçu karyerama yenidən ölkəmə qayıdaraq davam etdim.


- Kiçik yaşlarında hansı kluba azarkeşlik edirdin və hansı futbolçuya rəğbət bəsləyirdin?

- Mən "Barselona”ya azarkeşlik edirdim. Həmin dövrlərdə də ən sevdiyim oyunçu Ronaldinyo idi. Onu diqqətlə izləyir, hətta məşqlərdən sonra əlavə olaraq etdiyi fəndləri etməyə çalışırdım.


- Karyeran ərzində həm müdafiəyə meyilli yarımmüdafiəçi, həm mərkəz yarımmüdafiəçisi, həm də hücumameyilli yarımmüdafiəçi kimi çıxış etmisən. Bəs sən hansında özünü daha uğurlu hesab edirsən?

- Baş məşqçi mənim meydanda hansı mövqedə oynamağımı istəsə, həmişə əlimdən gələnin artığını edirəm. Lakin bu seçim haqqını mənə versələr, müdaiəyə meyilli yarımmüdafiəçi kimi oynamaq istəyərəm.


- Meydançada oyun zamanı qol vurmaq, məhsuldar ötürmə etmək yaxud rəqib futbolçudan topu almaq bunlardan hansı sənə daha çox zövq verir?

Təbii ki, oyun zamanı əsas qol vurmaqdır. Bunların hər üçü mənə zövq verir. Lakin, mənim meydanda işim biraz fərqlidir. Çünki ən əsas komandaya müdəfiə olunmaqda kömək etməliyəm.


- Xarakterində ən əsas xüsusiyyət kimi bir şeyi qeyd etməli olsan, bu hansı olardı?

Ən nifrət etdiyim şey yalan danışmaqdır. Heç vaxt yalan danışmıram. Ailəmə, əhatəmdəki insanlara qarşı həmişə düz və səmimiyəm. Çoxlu dostlarım var və həmişə çalışmışam ki, onlara əsl dost olum.


- Nəhayət, səni səbrsizliklə "Səbail”in formasında meydançada görmək istəyən "dənizçilər”in azarkeşlərinə nə demək istəyirsən?

- Azarkeşlərə demək istəyirəm ki, "Səbail”in formasını geyinəcəyimə görə şadam! Növbəti mövsümdə hər birini tribunalarda görmək istəyirik. Uğurlara birlikdə sevinəcəyik!

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

23 Aprel 2024
09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:28

Azərbaycanlıların duelini Diniyev qazandı

09:05

Almaniya nəhənginin yeni transfer hədəfi bilindi

01:30

"Sevilya" turu 3 xalla başa vurdu

00:23

"İnter" çempionluğunu derbidə rəsmiləşdirdi!

00:11

"Fənərbağça" büdrədi

22 Aprel 2024
22:46

AÇ: Azərbaycanın 3 boksçusundan qələbə

20:07

"Azərreyl" dramatik qələbə ilə çempion oldu

18:46

A Seriyası təmsilçisi Kannavaroya tapşırıldı

17:55

"Əvvəllər burada qələbə qazanıb-qazanmadığımızı xatırlamıram" - Yürgen Klopp

17:26

Birinci Liqa: 24-cü turun oyunlarının başlama vaxtları açıqlandı

17:04

İkinci Liqa: Lider təqibçisini yendi

16:52

Daha iki futbolçunun adı İPL-in Şöhrət Zalına daxil edildi

16:32

Onana "Mançester Siti" ilə final matçından nə gözləyir?

16:11

Klassen fırıldaqçıların toruna düşdü

15:45

Rusiya millisinin üzvü 21 yaşında dünyasını dəyişdi

15:26

Xavi qalmağa hazırdır - İDDİA

14:59

Azərbaycan Kuboku: Yarımfinalın cavab oyunlarının vaxtı bilindi

14:45

ABL: Müntəzəm mövsümün son turunun proqramı bilindi

14:20

"Əla iş gördük və çox xoşbəxtik" - Lukas Vaskes

13:51

"Musa bizə klubdan ayrılmaq istədiyini..." - "Yurqorden" rəsmisi

13:30

Nə "Real"ın Vinisius kimi braziliyalısı olub, nə də "Barselona"nın

13:11

"Beynimdə bir qərar var, amma..." - Tyaqo Silva

12:52

Tuxel İngiltərə nəhəngi ilə danışıq aparır

12:35

Azərbaycan Kuboku: Yarımfinal görüşlərinin başlama saatları açıqlandı

12:18

"Hə, bu, biabırçılıqdır" - Xavi

11:59

Onur və Yağmur Fransaya yollanacaqlar

11:41

"Zirə" 50-yə, "Səbail" 100-ə çatdı

11:23

"Neftçi" ianə etdi

11:10

"Real"ın "Barselona" üzərində dramatik qələbəsi - VİDEO

10:54

"Bir daha sübut etdik ki..." - Modriç "Barselona" üzərində qələbəni dəyərləndirdi

09:47

Rahil Məmmədov oynadı, komandası “Lex”ə...

09:25

Hüseynovlu “Arda” ÇSKA-ya uduzdu

09:00

"İndi titula daha yaxınıq" - Ançelotti 

00:11

"Bayer" Dortmundda da uduzmadı

21 Aprel 2024
23:50

“Liverpul”dan inamlı qələbə

22:37

"Bəzi mövqelərdə rəqabət yoxdur" - Elmar Baxşıyev

22:10

“Oyunçular tapşırıqları maksimum yerinə yetirdilər” – Şahin Diniyev

21:00

MPL: "Sabah" Tovuzda, "Səbail" Mərdəkanda 3 xala sevindi

20:30

Azərbaycan millisi Praqada gümüş medal qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X