Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Finiks Rayzinq" ABŞ çempionatında növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, komanda XIV turda "Rio Qrande" il qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.
Yığmamızın üzvü də bu oyunun iştirakçısı olub. Start heyətində yer alan Dadaşov 27-ci dəqiqədə komandasının 3-cü qoluna imza atıb. Bu, onun yeni mövsümdə 4-cü qolu olub. Rüfət 71-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Finiks Rayzinq" 14 turdan sonra 32 xalla turnir cədvəlində liderdir.