Şimali makedoniyalı hücumçu Qoran Pandev "Cenoa" ilə yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı italiyalı insayder Nikolo Skira şəxsi "Twitter" hesabından yayıb.
Mənbə 38 yaşlı forvardın 1 illik anlaşmaya qol çəkdiyini və yaxın günlərdə bu barədə ictimaiyyətə məlumat veriləcəyini bildirib.
Qeyd edək ki, yığmanın heyətində Avro-2020-yə qatılan və qrupdakı ilk matçda Avstriyanın qapısına yol tapan (1:3) Pandev qitə birinciliyindən sonra milli karyerasını başa vurduğunu açıqlayıb.
Nihat