Tokio 2020-nin üzgüçülük yarışlarında daha iki rekord qeydə alınıb.
Fanat.az xəbər verir ki, ABŞ təmsilçisi Kaleb Dressel 50 metr məsafəyə sərbəst üsulla üzmədə 21,07 saniyə göstərici ilə Olimpiya rekordunu qıraraq çempion olub.
Dresselə qədər 50 metr sərbəstdə Olimpiadalarda ən yaxşı nəticə braziliyalı Sezar Seluya məxsus idi(Pekin 2008 - 21,30).
Ardınca Dresselin yer aldığı ABŞ komandası qarışıq üsulla üzmə üzrə 4x100 estafet yarışında 3 dəqiqə 26,78 saniyə nəticə ilə ölkəyə məxsus dünya rekordunu yeniləyərək qalibiyyət qazanıb.
Bununla da Dressel 32-ci Yay Olimpiya Oyunlarında "qızıl"larının sayını 5-ə çatdırıb. 24 yaşlı idmançı əvvəlki günlərdə 100 metr məsafəyə sərbəst və batterflay üsulu ilə üzmədə, həmçinin 4x100 sərbəst üsulla estafet yarışında da çempion olub. 100 metr sərbəstdə Olimpiya rekordunu qıran amerikalı, batterflayda tarixin ən yaxşı nəticəsini müəyyənləşdirib.
Sahib Əsədbəyli