"Yuventus" heyətinə yeni futbolçu qatmağa yaxındır.
Fanat.Az xəbər Goal.com-a istinadən xəbər verir ki, "qoca sinyora" "Santos"un 19 yaşlı hücumçusu Kaio Xorxenin keçidini razılaşdırıb.
Mənbə Xorxenin cümə axşamı tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün İtaliyaya yollanacağını vurğulayıb. A seriyası klubu bu transferə görə qarşı tərəfə bonuslar da daxil olmaqla 4 milyon avro ödəyəcək.
Qeyd edək ki, bir sıra futbol mütəxəssislərinin yeni Ronaldu saydığı Xorxe 2018-ci ildən "Santos"da çıxış edir.
Nihat