"Torino" hücumçusu Andrea Belottini "Zenit"ə satmağa razıdır.
Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, Turin təmsilçisi 30 milyon avro və müxtəlif bonuslar təklif edən Sankt Peterburq klubunun təklifini müsbət cavablandırıb.
Lakin Avro-2020-nin qalibi Rusiya Premyer Liqasında oynamaq variantına soyuq yanaşır. Hazırda tərəflər arasında danışıqlar davam etdirilir.
Nihat